Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunun Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi
21.11.2022
Noyabrın 21-də saat 20 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini C.Məmmədov idarə etdiyi “Setra” markalı avtobusla yolu keçən Masallı rayon sakini Seyran Qəyyumovu vurub, S.Qəyyumov zərbənin təsirindən qarşıdan gələn “Opel” markalı avtomobilə dəyib. Nəticədə piyada hadisə yerində ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
3 mağazadan oğurluqda şübhəli bilinən Bərdə rayon sakini R.Quliyev saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 mağazadan 25-27 ədəd mobil telefon, aksesuarlar, pulnoutbuk, poverbank və qulaqcıq oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini R.Quliyev saxlanılıb.Araşdırma aparılır.
Quldurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini O.Cəfərov və Hacıqabul rayon sakini Ə.Haqverdiyev müəyyən olunaraq saxlanılıblar
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbəsindəki bankomatların birində 2 nəfərin Bakı şəhər sakini olan 62 yaşlı qadına hesabından pulunu çıxarmağına kömək etmələri, sonradan isə onu təqib edərək yıxıb içərisində 283 manatı, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını quldurluq yolu ilə talamaları barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş O.Cəfərov və Hacıqabul rayon sakini Ə.Haqverdiyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Quldurluq etməkdə şübhəli bilinən Göygöl rayon sakini İ.Bayramov və Bakı şəhər sakini İ.Əliyev saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə noyabrın 19-da saat 23 radələrində C.Naxçıvanski küçəsində 2 nəfərin Ucar rayon sakini Ş.Abbasovu döyüb quldurluq yolu ilə mobil telefonunu, içərisində 235 manat, şəxsiyyət vəsiqəsi və bank kartları olan cüzdanını almaları barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş İ.Bayramov və Bakı şəhər sakini İ.Əliyev saxlanılıb.Araşdırma aparılır.
Avtomobildən 1210 manat oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini A.Şirinov saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisində “Opel” markalı bir avtomobildən 1210 manat oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş A.Şirinov saxlanılıb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Neftçala rayonunun Beçtalı kənd sakini Ş.Əhmədov saxlanılb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 20-də Beçtalı kəndi ərazisində “Azərişıq” ASC-yə məxsus 9250 manat dəyərində 2500 metr naqil oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Əhmədov saxlanılb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakini İ.Eminov saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Alışovanın bank hesabından 400 manat oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Eminov saxlanılıb.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Salyan rayonunun 1-ci Varlı kənd sakini F.Rzayev saxlanılıb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 20-də A.Cəbrayılova məxsus fermadan 73 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən 1-ci Varlı kənd sakini, əvvəllər məhkum olunmuş F.Rzayev saxlanılıb.Araşdırma aparılır.
Axtarışda olan E.Xasayevdən şəxsi axtarış zamanı ondan 48 qramdan artıq tiryək götürülüb
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan əvvəllər məhkum olunmuş E.Xasayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 48 qramdan artıq tiryək götürülüb.
Narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyinə görə saxlanılan Z.Cəfərovdan metamfetamin aşkar edilərək götürülüb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 20-də narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyinə görə saxlanılan əvvəllər məhkum olunmuş Z.Cəfərovdan metamfetamin aşkar edilərək götürülüb.