Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq əməlində şübhəli bilinən Binə qəsəbə sakini A.Rəhimov müəyyən olunaraq saxlanılıb
25.11.2022
Paytaxtın Binə qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər RPİ-nin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini A.Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğuluq etdiklərinə görə tutulan E.Əlimuradovun, H.İsmayılovun və B.Şükürovun rayon ərazisində daha bir mağazadan pul və geyim əşyaları oğurlamaları da müəyyən olunub
Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğuluq etdiklərinə görə tutulan E.Əlimuradovun, H.İsmayılovun və B.Şükürovun rayon ərazisində daha bir mağazadan 650 manat pul və 7000 manat dəyərində geyim əşyaları oğurlamaları da müəyyən olunub.
Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Anar Məmmədov və Namiq Əsgərov müəyyən olunaraq saxlanılıblar
Paytaxtın Nəsimi rayonu ərazisində bir avtomobildən içərisində bank kartları, sənəd və mobil telefon olan çantanın soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Məmmədov və Namiq Əsgərov müəyyən olunaraq saxlanılıblar. Polis əməkdaşları tərəfindən N.Əsgərova məxsus “Toyota” markalı avtomobilə baxış zamanı oradan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Ağcabədi rayon sakini T.Həsənovdan 7 qrama yaxın metamfetamin, 8 qramdan artıq tiryək, 4 qramdan artıq heroin, qardaşı P.Həsənovdan isə 8 qrama yaxın tiryək aşkar olunaraq götürülüb
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağcabədi rayon sakini olan iki qardaş şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı T.Həsənovdan 7 qrama yaxın metamfetamin, 8 qramdan artıq tiryək, 4 qramdan artıq heroin, qardaşı P.Həsənovdan isə 8 qrama yaxın tiryək aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Lənkəran şəhər sakini B.Hüseynzadənin yaşadığı evə baxış zamanı oradan qanunsuz saxladığı qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 5 ədəd müxtəlif çaplı patron, 1 ədəd bıçaq və 585 qram heroin aşkar olunaraq götürülüb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakinləri, əvvəllər məhkum olunmuş İ.Əliyev, B.Hüseynzadə və qardaşı İ.Hüseynzadədən heroin və 1 ədəd elektron tərəzi götürülüb. Davam etdirilən tədbirlərlə B.Hüseynzadənin yaşadığı evə baxış zamanı isə oradan qanunsuz saxladığı qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 5 ədəd müxtəlif çaplı patron, 1 ədəd bıçaq və 585 qram heroin aşkar olunaraq götürülüb.
R.Eminovun yaşadığı Şəki rayonunun 2-ci Biləcik kəndindəki evin həyətinə baxış zamanı oradan 495 qram marixuana aşkar olunaraq götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş R.Eminovun yaşadığı 2-ci Biləcik kəndindəki evin həyətinə baxış zamanı oradan 495 qram marixuana aşkar olunaraq götürülüb.
Balakən rayonunun Sarıbulaq kənd sakini R.Qarayevdən qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi aşkar olunaraq götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sarıbulaq kənd sakini R.Qarayevdən qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-17” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub
24.11.2022
Noyabrın 24-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonunun Mehdiabad qəsəbəsi ərazisində üç avtomobil toqquşub
Noyabrın 25-də saat 1 radələrində Binəqədi rayonunun Mehdiabad qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Valeh Qəhrəmanovun idarə etdiyi “VAZ-21015”, K.Bağırovun idarə etdiyi “Mercedes” markalı yük və Gəncə şəhər sakini S.Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə V.Qəhrəmanov hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində “Opel” markalı avtomobil yolun kənarında dayanan “Ford Cargo” markalı yük avtomobilinə çırpılıb
Noyabrın 24-də saat 16 radələrində Sumqayıt şəhəri ərazisində Abşeron rayon sakini Nazim Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında dayanan “Ford Cargo” markalı yük avtomobilinə vurub və nəticədə hadisə yerində ölüb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.