DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin strukturu

  • Nazir
  • Nazirin birinci müavini
  • Nazir müavini
  • Nazir müavini – Daxili Qoşunların komandanı
  • Nazir müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi

Daxili işlər orqanlarında vətəndaşların qəbulu və müraciətlərinə baxılması, icra intizamına nəzarət, sənədlərlə işin və elektron kargüzarlığın təşkili, dövlət sirrinin mühafizəsinin təmini, kodlaşdırılmış sənədlər üzrə fəaliyyəti həyata keçirən baş idarə səlahiyyətli struktur qurumdur.

Respublikada, onun ayrı-ayrı bölgələrində əməliyyat şəraitinin və kriminogen durumun kompleks təhlili, bu əsasda fəaliyyətin planlaşdırılması, operativ və uzunmüddətli proqnozların hazırlanması, inspeksiyaların, nəzarət və məqsədli yoxlamaların aparılması, təşkilati-ştat məsələlərinin, qurumlararası koordinasiyanın, normativ hüquqi aktların icrasına nəzarət və normayaratma işinin təmin edilməsi üzrə fəaliyyəti həyata keçirən struktur qurumdur.

İctimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində daxili işlər orqanlarının qüvvə və vasitələrinin fəaliyyətinin əlaqələndirilməsi, növbətçi hissələrinin idarə edilməsi və işinin təkmilləşdirilməsi, respublikada kriminogen durumla bağlı məlumatların fasiləsiz toplanılması və ümumiləşdirilməsi vəzifələrini yerinə yetirən struktur qurumdur.

Cinayətkarlıqla mübarizə, cinayətlərin qarşısının alınması və açılması, təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən və cəzadan yayınanların, xəbərsiz itkin düşmüş şəxslərin, habelə oğurlanmış əmlakın axtarışı, şəxsiyyətinin tanınması mümkün olmayan meyitlərin müəyyənləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi funksiyalarının icrasını təşkil edən və həyata keçirən struktur qurumdur.

Daxili işlər orqanlarının səlahiyyətlərinə aid olan işlər üzrə təhqiqatın və ibtidai istintaqın aparılmasını, bu sahədə təşkilati-metodiki vəsaitlərin hazırlanmasını, baş vermiş cinayət hadisəsi üzrə vaxtında cinayət icraatının başlanılmasını, cinayətin baş vermə səbəb və şəraitinin, işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını, cinayətin tezliklə açılmasını, onun bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmasını həyata keçirən və təşkil edən struktur qurumdur. 

Qrup halında, mütəşəkkil dəstələr və ya cinayətkar birliklər tərəfindən törədilən cinayətlərin qarşısının alınması və açılması, cinayətkar qrup və dəstələrin ifşa edilməsi və zərərsizləşdirilməsi, banditizm, adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətlərinə, dini ekstremizmə, kibercinayətlərə, saxta pul, sənəd və məhsulların dövriyyəsinə, mütəşəkkil cinayətkarlığın transmilli və digər növlərinə qarşı mübarizə sahəsində müvafiq normativ hüquqi aktlar ilə müəyyən edilmiş funksiyaları yerinə yetirən struktur qurumdur.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində idarəçiliyi, əməliyyat-axtarış fəaliyyətini və təhqiqatı həyata keçirən, bu istiqamətdə kriminogen durumun təhlilinə əsasən müvafiq regional qurumların, ərazi və nəqliyyatda polis orqanlarındakı aidiyyəti strukturların fəaliyyətini təşkil edən və əlaqələndirən struktur qurumdur.

Daxili işlər orqanlarının fəaliyyətinə idarədaxili nəzarət edilməsi, o cümlədən orqan və hissələrdə daxili təhlükəsizlik vəziyyətinin öyrənilməsi və nəzarətdə saxlanılması, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olma və digər neqativ halların qarşısının alınması, korrupsiyaya şərait yaradan və korrupsiya hüquqpozmalarına yol verən əməkdaşların müəyyən edilib barələrində müvafiq tədbirlərin görülməsinin təmin olunmasını həyata keçirən struktur qurumdur.

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş DİN-in səlahiyyətlərinə aid tədbirləri həyata keçirən struktur qurumdur.

Xüsusi polis qurumu olaraq insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması və açılması, əməliyyat-axtarış fəaliyyəti və cinayət təqibinin həyata keçirilməsi, insan alveri qurbanlarının müəyyən edilməsi, onların hüquqlarının müdafiəsi və sosial reabilitasiyası sahəsində müvafiq normativ hüquqi aktlar ilə müəyyən edilmiş funksiyaları yerinə yetirən struktur qurumdur.

Qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasını təmin edən, səlahiyyətlərinə aid edilmiş məhkəmə ekspertizası və kriminalistik tədqiqatlar sahəsində daxili işlər orqanları üzrə fəaliyyətin həyata keçirilməsini, istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərində kriminalistik metod və vasitələrin tətbiq olunmasını təşkil edən struktur qurumdur.

İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktik tədbirlərin görülməsini, həbs edilmiş şəxslərin mühafizəsi və müşayiəti, diplomatik nümayəndəliklərin mühafizəsi, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, yetkinlik yaşına çatmayanlar arasında profilaktika işini təşkil edən, habelə icazə sistemi üzrə fəaliyyəti həyata keçirən struktur qurumdur.

Respublikada qeydiyyata alınmış cinayətlərin, habelə cinayət törətmiş və cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən, məhkum olunmuş, itkin düşmuş, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxslərin, oğurlanmış, talanmış, itirilmiş və aşkar edilmiş odlu silahların (döyüş sursatlarının), axtarışda olan nəqliyyat vasitələrinin, nömrəli sənədlərin və əşyaların, elmi-texniki, ədəbi-bədii və mədəni-tarixi sərvətlər sayılan əşyaların vahid mərkəzləşdirilmiş uçotunu aparan struktur qurumdur.

Şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyinin, vətəndaşların konstitusion hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsinin həyata keçirilməsi, ictimai asayişin mühafizəsi, kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin olunması, iğtişaşların qarşısının alınması, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələrin yerinə yetirilməsi üzrə Daxili Qoşunların fəaliyyətinin təşkilini və bilavasitə idarə olunmasını təmin edən struktur qurumdur.

Dəmir yolu, hava və su nəqliyyatı obyektlərində cinayətkarlığa və digər hüquqpozmalara, eləcə də Xəzər dənizi hövzəsində, respublikanın çaylarında, göllərində və digər su tutarlarında ekoloji cinayətlərə qarşı mübarizəni, ictimai qaydanın qorunmasını və ictimai təhlükəsizliyi, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirən struktur qurumdur.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsini, yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar üzrə icraatı, avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışını və qeydiyyatını, onlara dövlət qeydiyyatı şəhadətnamələrinin və nömrə nişanlarının verilməsini, yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanların qəbul edilməsini, nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsini təşkil edən, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotunu və hesabatını aparan struktur qurumdur.

Müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi işini təşkil edən struktur qurumdur.

Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsini, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, həmçinin bu məsələlərə dair mərkəzləşmiş uçot işini, qanunsuz miqrasiyanın profilaktikasını təşkil edən struktur qurumdur.

Fövqəladə hallar zamanı DİN-in baş idarə, idarə və şöbələrində mülki müdafiə məsələlərinə dair işin planlaşdırılmasını və onların yerinə yetirilməsini təmin edən struktur qurumdur.

Respublikanın və İnterpola üzv olan ölkələrin hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla mübarizə sahəsində informasiya mübadiləsini həyata keçirən struktur qurumdur.

Peşəkar kadr heyətinin formalaşdırılması, o cümlədən kadrların seçilməsi, xidmətə qəbulu, uçotu, vəzifəyə təyin edilməsi, onlara xüsusi rütbələrin verilməsi, peşə hazırlığı, xidmət keçməsi, xidmətdən xaric edilməsi işinin təşkili, bu sahədə fəaliyyətə metodiki rəhbərlik və nəzarət funksiyalarını həyata keçirən struktur qurumdur.

Daxili işlər orqanlarında qanunçuluğa və xidməti vəzifələrin icrası zamanı əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasına nəzarət, əməkdaşların qanunazidd hərəkətlərindən ərizə, şikayətlər və məlumatlar üzrə xidməti təhqiqatın aparılması funksiyasını həyata keçirən struktur qurumdur.

Şəxsi heyətin mənəvi-psixoloji təminatı, orqan və hissələrdə xidməti intizamın möhkəmləndirilməsi, əməkdaşların sosial-hüquqi müdafiəsi, intizam təcrübəsinə dair statistik məlumatların hazırlanması və təhlil edilməsi, habelə daxili işlər orqanları üzrə dövlət gender siyasəti ilə bağlı fəaliyyətin təşkili funksiyasını həyata keçirən struktur qurumdur.

Xarici dövlətlərin hüquq-mühafizə orqanları və müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin yaradılması, inkişaf etdirilməsi, Azərbaycanın qoşulduğu Konvensiyalarda nəzərdə tutulmuş aidiyyəti öhdəliklərin yerinə yetirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi funksiyalarını həyata keçirən struktur qurumdur.

Daxili işlər orqanlarında informasiya-kommunikasiya texnologiyalarının, şəbəkələrinin, radio-rabitə sistemlərinin təşkili, istismarı və təhlükəziliyinin təmin edilməsi funksiyalarını həyata keçirən struktur qurumdur. 

Cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair görülmüş işlərin və əldə olunmuş nəticələrin dövrü mətbuatda işıqlandırılması, kütləvi informasiya vasitələri və ictimaiyyətlə qarşılıqlı əlaqələrin təşkili funksiyalarını həyata keçirən struktur qurumdur.

Nazirliyin orqan, hissə və təşkilatlarının maliyyələşməsi, büdcə və büdcədənkənar göstəricilərin proqnozlaşdırılması, əmək haqqı və ödənişlərin müəyyən olunması, mühasibat uçotu, uçotun metodiki təşkili və hesabatı, nəzarət-təftiş və pensiya təminatı işini təşkil edən struktur qurumdur.

Daxili işlər orqanlarının xüsusi texnika və vasitələrlə, silah, sursat və digər maddi-texniki ehtiyatlarla təmin edilməsini həyata keçirən struktur qurumdur.

Əməkdaşların, onların ailə üzvlərinin, mülki işçilərin, pensiyaçıların sağlamlığının qorunması məqsədilə onlara tibbi xidmətlərin göstərilməsini təşkil edən struktur qurumdur.

İnzibati binalara buraxılış rejimini, onların mühafizəsini, kommunal-istismar təminatını həyata keçirən struktur qurumdur.

Daxili işlər orqanlarında və Daxili Qoşunlarda əməkdaşların və hərbi qulluqçuların fiziki hazırlığının artırılması və idmanın kütləviliyinin təmin edilməsi sahəsində funksiyaları həyata keçirən struktur qurumdur.