Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Laçın rayonunun Kaha kənd sakini A.Mirzəyevdən qanunsuz saxladığı ov tüfəngi və 5 ədəd patron götürülüb
20.11.2022
Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Kaha kənd sakini A.Mirzəyevdən qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.
Bərdə rayonu ərazisində idarə etdiyi avtomobillə saxlanılan Ağcabədi rayon sakini Z.Cəfərovun sürücülük hüququnun olmaması və narkotik vasitənin təsiri altında olması müəyyən edilib
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən noyabrın 20-də saat 7 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində üzərində dövlət qeydiyyat nişanı olmayan “VAZ-2106” markalı avtomobil saxlanılıb.Polis əməkdaşları tərəfindən sürücü, Ağcabədi rayon sakini Z.Cəfərovun sürücülük hüququnun olmaması və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334-cü və 342-ci maddələri ilə, sərnişini olan avtomobilin sahibi K.Musayev barəsində isə İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsi ilə (sürücülük hüququ olmayan şəxsə nəqliyyat vasitəsini verdiyi üçün) protokollar tərtib olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
19.11.2022
Noyabrın 19-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Həyat yoldaşı N.Salmanovanı boğaraq qəsdən öldürməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini A.Salmanov tutularaq istintaqa təhvil verilib
Yevlax Rayon Polis Şöbəsinə noyabrın 19-da Nuridə Salmanovanın öldürülməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Aparılmış araşdırmalarla Kəlbəcər rayon sakini A.Salmanovun münaqişə zəminində həyat yoldaşı N.Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakı şəhər sakini Ə.Nəcəfova qarşı quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini S.Rzazadə müəyyən edilərək saxlanılıb
Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə noyabrın 18-də saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində “Hyundai” markalı bir avtomobilin sürücüsünün Bakı şəhər sakini Ə.Nəcəfovu döyüb mobil telefonunu və qızıl bilərziyini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini S.Rzazadə müəyyən edilərək saxlanılıb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 19-da saat 12 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Şərur rayon sakini N.Ələkbərovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Kəlbəcər rayon sakini Murad Rüstəmovun idarə etdiyi “Kia” markalı avtomobil toqquşub. Nəticədə M.Rüstəmov xəstəxanaya aparılarkən yolda ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
İsmayıllı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 19-da saat 18 radələrində İsmayıllı şəhəri ərazisində şəhər sakini A.Mirzəyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əhmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şərur rayon sakini T.Şəfiyeva müəyyən edilərək saxlanılıb
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə noyabrın 14-də Bakı şəhər sakini E.Cəfərzadənin taksi kimi idarə etdiyi “KİA” markalı avtomobilində qadın sərnişinin övladının xəstə və pula ehtiyacı olmasını bildirib özünə xəsarət yetirərək onun üzərinə atacağı ilə hədələyib 1450 manat pulunu alması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şərur rayon sakini, əvvəllər də xuliqanlığa görə məhkum olunmuş T.Şəfiyeva müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş Şexer kəndi ərazisindən silah-sursat tapılmışdır
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş Şexer kəndi ərazisindən 19 ədəd “PQ7 AR", 12 ədəd “OQ7B”, 1 ədəd “TBQ-7B”, 10 ədəd “PQ7M”, 14 ədəd “PQ7S”, 1 ədəd “PQ7L”, 43 ədəd “PQ7”, 8 ədəd “Helr”, 92 ədəd “VOQ17M” mərmiləri, 8 ədəd minaatan mərmisi (cəmi 208 ədəd mərmi), 1 ədəd PQ7 mərmi mühərriki, 4310 ədəd patron və 3 ədəd (UZRQM) alışdırıcı tapılıb və Minatəmizləmə Agentliyinə təhvil verilib.
M.Ə.Rəsulzadə qəsəbə sakini R.Rüstəmovun evinə baxış zamanı oradan 1 kiloqram 730 qram marixuana və 44 ədəd çətənə kolu aşkar edilərək götürülüb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 1 kiloqram 730 qram marixuana və 44 ədəd çətənə kolu aşkar edilərək götürülüb.