Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
3 ədəd velosiped oğurlamaqda və dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Ələsgərov müəyyən olunaraq saxlanılıb
19.10.2022
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsindəki həyətlərin birindən 3 ədəd velosiped oğurlamaqda və Bakı şəhər sakini olan bir qadını aldadaraq hesabına 90 manat pul ödətdirməklə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Ələsgərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ümumi çəkisi 8 kiloqram 645 qram olan narkotik vasitə və 2200 ədəd yüksək təsiredici xüsusiyyətə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb
Biləsuvar Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində ümumi çəkisi 8 kiloqram 645 qram olan narkotik vasitə və 2200 ədəd yüksək təsiredici xüsusiyyətə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, əməliyyat tədbiri nəticəsində saxlanılan Neftçala rayon sakini F.Hüseynovdan 5 kiloqram 710 qram tiryək, 1 kiloqram 965 qram metamfetamin, 470 qram heroin, 500 qram marixuana və 2200 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Yevlax şəhər sakini R.Əliyevdən 2 kiloqram 205 qram marixuana aşkar olunaraq götürülüb
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyevdən 2 kiloqram 205 qram marixuana aşkar olunaraq götürülüb.
Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumov tərəfindən torpağa basdırılmış və nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah aşkar olunaraq götürülüb
Balakən Rayon Polis Şöbəsi və Şəki Penitensiar Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Penitensiar Müəssisədə saxlanılan Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumovun 2011-ci ildə tapıb yardımçı təsərrüfatında gizlətdiyi, torpağa basdırılmış və nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah aşkar olunaraq götürülüb.
Saatlı rayonunun Mustafabəyli kənd sakini Ülvi Soltanovdan narkotik vasitələr, odlu silah və ləvazimatları aşkar olunaraq götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mustafabəyli kənd sakini Ülvi Soltanovdan 20 qrama yaxın marixuna, yaşadığı evə baxış zamanı isə 1 ədəd “AKM” markalı avtomat silah, 17 ədəd patron, 3 ədəd beşbarmaq hissələri və 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 19-da saat 11 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakinləri Zahir Abbasovun idarə etdiyi “Ford Transit”, S.Əsgərovun idarə etdiyi “Toyota” və N.Qəhrəmanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə Z.Abbasov hadisə yerində ölüb.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Lənkəran rayonunun Sütəmurdov kəndində yol-nəqliyyat hadisəsi
Oktyabrın 19-da saat 8 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndində Gərmətük qəsəbə sakini T.Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında gedən kənd sakini Rəvanə Babayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 19-da saat 1 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Ü.Bağırov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ceyhun İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub
18.10.2022
Oktyabrın 18-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini V.Nəzərov saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Əliyevanın çantasından 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş V.Nəzərov saxlanılıb.Araşdırmalarla onun Yasamal rayonu ərazisində Biləsuvar rayon sakini B.Əliyevin cibindən içərisində 780 manat və şəxsiyyət vəsiqəsi olan cüzdanını, Bakı şəhər sakini A.Səfərovanın isə içərisində pulu, bank kartları və sənədi olan cüzdanını oğurlaması, sonradan həmin qadının bank hesabından 114 manat pulunu çıxarması da müəyyən olunub. Araşdırma davam etdirilir.