Abşeron rayonunun Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi
21.11.2022Noyabrın 21-də saat 20 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini C.Məmmədov idarə etdiyi “Setra” markalı avtobusla yolu keçən Masallı rayon sakini Seyran Qəyyumovu vurub, S.Qəyyumov zərbənin təsirindən qarşıdan gələn “Opel” markalı avtomobilə dəyib. Nəticədə piyada hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.