Avtomobildən 1210 manat oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini A.Şirinov saxlanılıb
21.11.2022Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisində “Opel” markalı bir avtomobildən 1210 manat oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş A.Şirinov saxlanılıb.
Araşdırma aparılır.