Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 86 cinayətin açılması təmin olunub
13.10.2022
Oktyabrın 13-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində iki evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən X.Cəbiyev saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüvəlan qəsəbəsi ərazisində iki evdən 3200 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Cəbiyev saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonunda bir evin həyətindən və bir şirkətə məxsus sahədən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Kərimov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbəsi ərazisində inşası başa çatmayan bir evin həyətindən 1665 manat dəyərində elektrik naqili və dəmir dirəklər, Binəqədi qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus sahədən isə 420 metr naqil və 18 metr boru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş A.Kərimov saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan S.Əmirovun daha iki evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub
Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan S.Əmirovun ətrafında aparılan tədbirlərlə onun daha iki evdən 1100 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
Salyan rayonunda bir fermadan 4 baş inəyi və “Kanqal” cinsli iti oğurlamaqda şübhəli bilinən H.Mehdiyev saxlanılıb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qardili kəndi ərazisindəki bir fermadan 4 baş inəyi və “Kanqal” cinsli iti oğurlamaqda şübhəli bilinən çoban, Ağsu rayon sakini H.Mehdiyev saxlanılıb. Araşdırma aparılır.
Xaçmaz rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Quba rayon sakini Ə.Hüseynov saxlanılıb
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1400 manat pul oğurlamaqda şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb. Araşdırma aparılır.
İmişli rayonunun Allahmədətli kəndindəki evlərdən birinin həyətindən 8 baş qoyunu oğurlamaqda şübhəli bilinən şəxslər Qaradağ rayonu ərazisində saxlanılıblar
İmişli Rayon Polis Şöbəsinə oktyabrın 13-nə keçən gecə Allahmədətli kəndindəki evlərdən birinin həyətindən 8 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.İmişli RPŞ və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Süleymanov, Kürdəmir rayon sakini E.Hacıyev, İmişli şəhər sakini E.Abdullayev və Ağsu rayon sakini F.Abdullayev Qaradağ rayonu ərazisində paytaxt sakini S.Ələkbərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıblar.Araşdırma aparılır.
Kürdəmir rayonunun Ərəbqubalı kəndində keçirilən toy məclisində xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döyməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri E.Şirinov və Q.Şirinov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Masallı rayonunun Şıxlar kənd sakini Z.Alışovdan heroin götürülüb
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Şıxlar kənd sakini Z.Alışovdan 2 qramdan artıq, yaşadığı evə baxış zamanı isə 147 qramdan çox heroin aşkar olunaraq götürülüb.
Şirvan şəhəri ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Xeyirxəbərov və E.Zeynalov saxlanılıblar
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 4330 manat dəyərində 11 ədəd mobil telefon, 1 ədəd planşet, 3 ədəd səsgücləndirici, 2 ədəd smart saat və 3 ədəd qulaqcıq oğurlamaqda şübhəli bilinən Altay Xeyirxəbərov və Elbrus Zeynalov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.