Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Beyləqan rayon sakini Tural Xasayev məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Təranə Mahmudova DİN-in sosial şəbəkə hesabına yazdığı təşəkkür mesajında övladının itkin düşməsi ilə bağlı müraciətinə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ baxıldığını və oğlunun tapılaraq ona təhvil verildiyini bildirir.

Vətəndaş Vəfa Kərimli baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş İlyas Cəbrayılov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nasir Ələsgərov gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Aysel Sultanova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Sura Babayeva polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə üzləşdiyi cinayət əməlini törədən şəxslərin saxlanıldığını, oğurlanmış mobil telefonunun özünə qaytarıldığını qeyd edir. Göstərilən köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Pərvin Əliyev Daxili İşlər Nazirliyinə təşəkkür mesajı göndərib. O, məişət səs-küyü ilə bağlı polisə etdiyi müraciəti ilə əlaqədar müvafiq araşdırma aparıldığını və qısa müddətdə müraciətinin müsbət həll olunduğunu bildirir. P.Əliyev Abşeron rayonunda polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqətə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirir.

Vətəndaş Aişə Yusifova DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.