Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağcabədi rayonunun Şərəfxanlı kəndi ərazisində “VAZ-2106” markalı avtomobillə Kəhrizli kənd sakini A.Əliyev vurulub
24.11.2022
Noyabrın 24-də saat 18 radələrində Ağcabədi rayonunun Şərəfxanlı kəndi ərazisində Ağdam rayon sakini M.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Kəhrizli kənd sakini Asim Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan Q.Babayevin Binəqədi rayonu ərazisindəki bir mağazadan və bir marketdən pul və tütün məmulatı oğurlaması da müəyyən olunub
Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan Q.Babayevin rayon ərazisindəki bir mağazadan 537 manat və orada quraşdırılmış ödəmə terminalından 1300 manat, Binəqədi qəsəbəsi ərazisindəki bir marketdən isə 513 manat pul və 100 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.
Gəncə şəhəri ərazisindəki 1 ofisdən, 3 mağazadan və 2 gözəllik salonundan oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.İbişov saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki 1 ofisdən, 3 mağazadan və 2 gözəllik salonundan ümumilikdə 2605 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.İbişov saxlanılıb.Araşdırma aparılır.
Şəmkir rayonunun Yeni Həyat kəndi ərazisində xuliqanlıq zəminində həmkəndlisi istiqamətində odlu silahdan atəş açmış rayon sakini N.Məhərov saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsinə noyabrın 24-də saat 17 radələrində Yeni Həyat kəndi ərazisində kənd sakini N.Məhərovun xuliqanlıq zəminində həmkəndlisi E.Məsimov istiqamətində odlu silahdan atəş açması barədə məlumat daxil olub.Xəsarət alan olmayıb, E.Məsimova məxsus “VAZ-21074” markalı avtomobilə ziyan dəyib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N.Məhərov saxlanılıb. Ondan qanunsuz saxladığı “Vinçester” markalı silah götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Mingəçevir şəhər sakini E.Əliyevdən nömrəsi silinmiş avtomat silah və 10 ədəd patron götürülüb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyevdən nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah və 10 ədəd patron götürülüb.
İmişli şəhər sakini E.Hacıyevin idarə etdiyi avtomobildən qanunsuz saxladığı ov tüfəngi aşkar edilərək götürülüb
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Hacıyevin idarə etdiyi “VAZ-2105” markalı avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
23.11.2022
Noyabrın 23-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birində iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talamaqda şübhəli bilinən R.Mirzəyev saxlanılıb
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə noyabrın 23-də saat 7 radələrində Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birinə gələn şəxsin oradakı iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talaması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dələduzluğa və soyğunçuluğa görə məhkum olunmuş R.Mirzəyev müəyyən edilərək saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Paytaxtda pul ödəmə terminallarından müxtəlif üsul və vasitələrlə oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini Q.Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda pul ödəmə terminallarını müxtəlif üsul və vasitələrlə talayan şəxs müəyyən olunub. Binəqədi rayonunda 2864, 1157, 4496 manat və Sabunçu rayonunda 800 manat olmaqla ödəmə terminllarından oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş Q.Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma aparılır.
Sabunçu qəsəbəsindəki evlərin birindən 760 manat pul və 3 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.İsmayılzadə saxlanılıb
Noyabrın 23-də Sabunçu qəsəbəsindəki evlərin birindən 760 manat pul və 3 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunan S.İsmayılzadə saxlanılıb.Araşdırma aparılır.