Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Baki İstintaq Təcridxanasında cəza çəkən Salyan rayon sakini Ş.Abbasovun mənzilindən narkotik vasitələr aşkar edilərək götürülüb
15.11.2022
DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Baki İstintaq Təcridxanasında cəza çəkən Salyan rayon sakini Ş.Abbasovun mənzilinə baxış zamanı oradan 16 qrama yaxın metamfetamin və 143 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Baki İstintaq Təcridxanasında cəza çəkən V.Quliyevin Mağtağa qəsəbəsi ərazisində torpağa basdırdığı tüfəng və patronlar aşkar edilərək götürülüb
DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Baki İstintaq Təcridxanasında cəza çəkən Mağtağa qəsəbə sakini V.Quliyevin qəsəbə ərazisində torpağa basdırdığı nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 6 ədəd patron aşkar edilərək götürülüb.
Xuliqanlığa görə axtarışda olan S.Cahangirov saxlanılıb
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə axtarışda olan S.Cahangirov saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş “Magnum” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb.
Salyan rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən R.Əkbərov saxlanılıb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 14-də rayon ərazisindəki evlərin birindən 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qızılağac kənd sakini R.Əkbərov saxlanılıb.Araşdırma aparılır.
Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində “Mercedes” markalı avtomobildən narkotik vasitələr aşkar edilərək götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Şahsevən kəndi ərazisində şəhər sakini T.Əlizadənin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı ona və sərnişini olan həmyerlisi E.Quliyevə məxsus 3 kiloqram 330 qramdan artıq heroin, 1 kiloqram 10 qram tiryək, 20 ədəd metadon və 150 ədəd preqabalin həbləri aşkar edilərək götürülüb. T.Əlizadə və E.Quliyev saxlanılıblar.
Ağcabədi rayonunun Hindarx qəsəbə sakini A.Məmmədovdan 415 qram heroin götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hindarx qəsəbə sakini A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 415 qram heroin aşkar edilərək götürülüb.
Şabran rayonunun Çölquşçu kənd sakinləri R.Kərimovdan və E.Babayevdən qanunsuz saxladıqları ov tüfənglər götürülüb
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çölquşçu kənd sakinləri R.Kərimovdan və E.Babayevdən qanunsuz saxladıqları “TOZ” markalı 2 ədəd ov tüfəngi götürülüb.
Ucar rayonunun Lək kənd sakini A.Qədirovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lək kənd sakini A.Qədirovdan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb.
İctimai nəqliyyatda cibgirlik edən qardaşlar saxlanılıb
Paytaxt rayonlarında polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində ictimai nəqliyyatda – avtobuslarda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Elnur, Faiq və Ruslan Süleymanov qardaşları tutularaq istintaqa təqdim ediliblər. Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin ümumilikdə 6000 manatdan artiq pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.Aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
14.11.2022
Noyabrın 14-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.