Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunda 2 evdən, 1 həyətyanı sahədən və 1 mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Mahmudov saxlanılıb
23.11.2022
Sabunçu rayonunda 2 evdən, 1 həyətyanı sahədən və 1 mağazadan 4450 manat pul, qızıl əşyaları, məişət avadanlıqları və 800 manat dəyərində tütün məmulatlarının qeyri-aşkar şəraitdə talanması ilə bağlı polisə məlumatlar daxil olub. Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş S.Mahmudov saxlanılıb.Araşdırma aparılır.
Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20.000 manat dəyərində elektrik və inşaat materiallarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Ş.Həsənov saxlanılıb
Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20.000 manat dəyərində elektrik və inşaat materiallarının qeyri-aşkar şəaitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ş.Həsənov saxlanılıb.Araşdırma aparılır.
Nərimanov rayonu ərazisindəki mənzillərin birindən 7500 manat pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov saxlanılıb
Nərimanov rayonunda noyabrın 22-də gecə saatlarında mənzillərin birindəki seyfdən 7500 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini M.Rzayevdən 6 qramdan artıq heroin aşkar olunub
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qramdan artıq heroin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun Nəsimi küçəsində gizlətdiyi 3 kiloqram marixuana da polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.
Qaradağ rayonu ərazisində “Mazda” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini S.Niyazov vurulub
Noyabrın 23-də saat 4 radələrində Qaradağ rayonu ərazisində Bakı şəhər sakini E.Məmmədov idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Sakit Niyazovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə kənd sakinləri B.Qasımov və Q.Fərhadov vurulub
Noyabrın 23-də saat 19 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Kürdəmir rayon sakini N.Səmədli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakinləri Bəhruz Qasımovu və Q.Fərhadovu vurub. Nəticədə B.Qasımov hadisə yerində ölüb, Q.Fərhadov xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Siyəzən şəhəri ərazisində “Ford Transit” markalı yük avtomobili ilə piyada vurulub
Noyabrın 23-də saat 6 radələrində Siyəzən şəhəri ərazisində Xaçmaz rayon sakini Q.Sultanov idarə etdiyi “Ford Transit” markalı yük avtomobili ilə yolu keçən Bakı şəhər sakini Nizami İsayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Ordubad rayonunun Dəstə kəndi ərazisində rayon sakini Maqsud Yusifli idarə etdiyi “Kia” markalı avtomobili aşırıb
Noyabrın 23-də saat 1 radələrində Ordubad rayonunun Dəstə kəndi ərazisində rayon sakini Maqsud Yusifli idarə etdiyi “Kia” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.Ordubad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
22.11.2022
Noyabrın 22-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nərimanov rayonu ərazisində silah-sursat tapılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində bağlamada xaricdə istehsal olunmuş 2 ədəd avtomat silahı, 1 ədəd “Mauzer” markalı tapança, 97 ədəd patron və 2 ədəd patron darağı tapılıb.