DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Polisə verilən suallar

Bildiririk ki, Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanunun 30-cu maddəsinin VI bəndinin tələblərinə uyğun olaraq, minik avtomobilləri istehsal olduğu vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, - istehsal olunduğu vaxtdan on il keçdikdə - ildə bir dəfə avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşinması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduğu vaxtdan ildə bir dəfə dövlət texniki baxışa təqdim olunmalıdır. Eyni zamanda məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Yol hərəkəti haqqında Qanununa 29 iyun 2018-ci il tarixdə 1220-VQD nömrəli əlavə və dəyişikliklər edilmişdir. Belə ki, bu Qanunun 30-cu maddəsinin VI hissəsinə əsasən «Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin VI hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur». Yeni qanunvericiliyə əsasən texniki baxış zamanı avtomobilinizi saz vəziyyətdə texniki müayinədən keçirib və barənizdə qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş cərimələr ödənildikdə, icbari sığorta şəhadətnaməsini və 20 manat dövlət rüsumunun qəbzini təqdim olunması nəzərdə tutulmuşdur.
Nəqliyyat vasitələri və onların hər bir ehtiyyat hissəsi müəyyən sınaqlar nəticəsində təsdiq olunmuş beynəlxalq standartlar əsasında istehsal olunur. Avtomobil birmənalı olaraq "təhlükəli hərəkət mənbəyi" hesab olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş veməsinə real zəmin yaratmış olur. Araşdırmalar göstərir ki, "Led" tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır. "Yol hərəkəti haqqında" Qanunun 1 saylı əlvəsinin III-cü bəndinin tələblərinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olmadıqda onun istismarı məqsədəmüvafiq deyildir.
Qüvvədə olan normativ hüquqi sənədlərin tələbinə uyğun olaraq nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün: Razılıq almaq üçün ərizə (əlavə 1) Ərizədə aşağıdakılar öz əksini tapmalıdır: - Hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, təşkilati hüquqi forması, hüquqi ünvanı; - Fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyəti təstiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı, iş yeri); Ərizəyə aşağıdakılar əlavə edilməlidir: - Müəssisənin təsis sənədlərinin surəti; - Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; - Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi organları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti; - Reklam verənlə bağlanmış və mövcud qanunvericiliyə uyğun sənədləşdirilmiş müqavilənin sürəti (reklam verən reklam yayan kimi çıxış etdikdə və reklam yayılan nəqliyyat vasitəsinin mülkiyyətçisi olduqda müqavilə tələb olunmur); - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və surəti; - Nəqliyyat vasitəsində yerləşdiriləcək reklamın məzmunu, cizgi təsviri və sxemi; - Nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığı və xarici görkəminin reklam yerləşdirilməsi üçün yaralı olması barədə DYP-nin müayinə aktı; - Reklamın yerləşdirilməsi planlaşdırılan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları göstərilməklə siyahısı; Eyni zamanda bildiririk ki, 15 may 2015-ci il tarixdə qəbul olunmuş «Reklam haqqında» Qanunun 25.5-ci maddəsinin tələbinə görə şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur. Bu səbəbdən atomobillərinizdə (şəkilləri, sxemləri) Baş DYP İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinə təqdim etdiyiniz təqdirdə xahişinizə konkret cavab verilə bilər.
Avtomobildə şinlərin ölçüləri avtomobilin markasından, modelindən və istehsal ilindən asılı olaraq, istehsalçı zavod tərəfindən təyin edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda nəzərinizə çatdırırırıq ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1 saylı əlavəsinin tələblərinə əsasən istismarda olan nəqliyyat vasitələrinə normativ-texniki sənədlərdə nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun olmalıdır. Avtomobillərdə həmin dəyişikliklər təhlükəsizlik baxımından yalnız istehsalçı zavod tərəfindən quraşdırıla bilər.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsinin qəbul etdiyi AZS 122-2004 saylı Dövlət Standartının tələbinə görə avtomobil şüşələrinin işıq buraxması aşağıdakı kimi müəyyən edilmişdir: küləyə qarşı şüşələr üçün - 75%; küləyə qarşı olmayan digər şüşələr üçün -70%; hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtomobilin yalnız arxa şüşəsi və yük hissəsindəki yan şüşələri sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normallaşdırılmır. Respublikanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadə edilməsinə icazə verilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsinə müraciət edə bilərsiniz.
«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıq kimi müəyyən edilmişdir. Bu Qanunun tələbinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrinin tətbiqinə icazə verilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti – küləyə qarşı şüşələr üçün -75%, küləyə qarşı olmayan digər şüşələr üçün-70%, avtomobillərin arxa şüşəsinin işıq buraxma qabiliyyəti isə sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normalaşdırılmır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsinin tələblərinə müvafiq olaraq hər iki tərəfində arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şuşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalyüz asmağa yol verilir. Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərin şüşələrində sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.
2015-ci il 15 may tarixli "Reklam haqqında" Qanunun 25.5-ci maddəsinin tələbinə görə şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur. Bu səbəbdən avtomobillərinizdə loqotiplərin (əgər fərqləndirici nişan sayılarsa) hansı formada yerləşəcəyi barədə məlumatı (şəkilləri sxemləri) Baş DYP İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinə təqdim etdiyiniz təqdirdə xahişinizə konkret cavab verilə bilər.
Qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli 4.1 bəndinə əsasən nəqliyyat vasitələrinin təkrar qeydiyyata aşağıdakı hallarda alınır: - fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə; - nəqliyyat vasitəsinin sahibi dəyişildikdə; - sahibinin soyadı, adı, atasının adı dəyişildikdə; - avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişildikdə. Eyni zamanda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin və 1 saylı əlavənin tələblərinə əsasən istismarda olan nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun olmalıdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2. maddəsində nəqliyyat vasitələrində normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə görə 150 manat miqdarında cərimə nəzərdə tutulmuşdur.
«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə müvafiq olaraq, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxa bilər. Üstün keçid hüququ olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır.
Azərbaycan Respublikasının qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.
«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini),sürücülük vəsiqəsi müəyyən edilmiş qaydadaAzərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır.
Qəbul edilmiş qərar üzrə ödənilməmiş cərimə məbləği və ya qüvvədə olan cərimə balı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə məlumatlar əldə edə, habelə internet üzərindən plastik kart vasitəsilə ödəmə apara bilərsiniz.
Sorğunuza cavab olaraq bildiririk ki, hər bir şəxsin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar barəsində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı sürücülük vəsiqəsinin və ya idarə etdiyi nəqliyyat vasitəsinin revizitlərini daxil etməklə məlumat ala bilməsi üçün həmin məlumatlar qanunverijiliyin tələbinə uyğun olaraq Daxili İşlər Nazirliyinin rəsmi internet informasiya ehtiyatlarında yerləşdirilmişdir. Mia.gov.az, dyp.gov.az, e-xidmət.mia.gov.az saytlarına daxil olmaqla həmin məlumatları əldə edə bilərsiniz.
İnzibati xəta haqqında işə onun törədildiyi yerdə və iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bu səbəbdən inzibati xəta haqqında işə iştirakınızla baxılması üçün inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakimin, orqanın (vəzifəli şəxsin) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxmasını nəzərə alaraq, vəsatət verdiyiniz təqdirdə yaşadığınız, əks halda isə inzibati xətanın törədildiyi yer üzrə DYP qurumlarına müraciət edə bilərsiniz.
Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir və işə baxılmasının yeri və müddəti barədə məlumat verir.
Bildiririk ki, yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. Lakin törətdiyiniz yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildiyinə görə inzibati xətanın törədildiyi anın fotoşəklinin təqdim edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində dövlət orqanına müraciət etməli və dərhal qeydiyyata alınmalıdır.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəməyə aidiyyəti üzrə müraciət etməlisiniz.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.10-cu maddəsinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun (başı açıq) fotoşəkli çəkilməlidir.
Bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün digər zəruri sənədlərlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir.
Bildiririk ki, vətəndaş şəxsiyyət vəsiqəsini almaq və ya dəyişdirmək üçün qeydiyyatda olduğu ərazi üzrə polis orqanına və ya “ASAN xidmət” mərkəzinə müraciət etməlidir.
Ümumvətəndaş pasportlarının spesifikasiyası, məlumatların daxil edilmə və yazılma qaydası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli sənədinin tələb və tövsiyələri ilə müəyyən olunur. Əksər ölkələr tərəfindən qəbul olunmuş həmin qaydalarda ölkələrin adının qısaldılmış, 3 hərfdən ibarət kod şəkilində yazılması tətbiq olunur. Məsələn: Azərbaycan – AZE, Türkiyə - TUR, Ukrayna – UKR, Rusiya Federasiyası – RUS, Kuba - CUB və digər dövlətlər, o cümlədən Səudiyyə Ərəbistanı (SAU) ingilis dilində 3 hərfli kodla qeyd olunurlar.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Elektron Ödəmələr Portalında https://e-payment.mia.gov.az/portal/iamas linkinə keçid etməklə ümumvətəndaş pasportu üçün dövlət rüsumunun onlayn olaraq ödənilməsi mümkündür.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 3.11 bəndinin tələbinə əsasən vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə ümumvətəndaş pasportu dəyişdirilməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 3.11 bəndinin tələbinə əsasən ümumvətəndaş pasportu dəyişdirilərkən əvvəlki pasport təhvil verilməlidir. İtirilmiş ümumvətəndaş pasportları isə tapıldıqdan dərhal sonra təhvil verilməlidir, belə ki, qeyd olunan pasportlar fəaliyyətsizləşdirilərək İNTERPOL-un Baş Katibliyinin «ASF» avtomatlaşdırılmış axtarış sistemi bazasına yerləşdirilir.
Ümumvətəndaş pasportlarının spesifikasiyası, məlumatların daxil edilmə və yazılma qaydası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli sənədinin tələb və tövsiyələri ilə müəyyən olunur. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədinin 3.9 bəndində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, ümumvətəndaş pasportunun alınması üçün hər hansı baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir.
Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmış axtarışda olan mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxslər (borclular) barədə məlumatı www.mia.gov.az saytından əldə edə bilərsiniz. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9-cu maddəsində göstərilmiş hallara əsasən ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın alınması ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Xeyr, polisdə xidmət dövlət qulluğunun xüsusi növü olduğu üçün qanunvericilikdə yalnız DİN-in Polis Akademiyasının kursant və dinləyicilərinin polis orqanlarında təcrübə keçməsi nəzərdə tutulmuşdur.
DİN-in Polis Akademiyası xüsusi təyinatlı təhsil müəssisəsi olduğu üçün digər ali təhsil müəssisələrinin tələbələrinin akademiyaya köçürülməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi kimi DİN-in Polis Akademiyasında təhsil ala bilər: - Daxili işlər orqanlarında xidmət edən xüsusi və ya hərbi rütbəli əməkdaşlar; - Respublikanın digər hüquq mühafizə orqanlarının müraciəti ilə, qarşılıqlı müqavilə əsasında həmin orqanlarda xidmət edən xüsusi və ya hərbi rütbəli əməkdaşlar; - Tam orta təhsilli və ya buraxılış siniflərində təhsil alan 16 yaşdan 18 yaşadək, boyu 165 sm olan (qızlar üçün 160 sm), müvafiq ilin yanvar, aprel və iyul aylarında həqiqi hərbi xidmətə çağrışçı olmayan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili işlər orqanlarında xidmətə qəbul qaydalarına müvafiq olaraq təhsil müəssisələrində təhsil alan şəxslər, yalnız həmin təhsil müəssisəsini bitirdikdən sonra daxili işlər orqanlarında xidmətə qəbul oluna bilərlər.
Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əsasən daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə ali hüquq təhsilli şəxslər müsabiqə yolu ilə qəbul edilirlər. Vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqənin elan olunması barədə məlumat verilərkən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və müsabiqənin şərtlərinə uyğun gələn şəxslər müraciət edə bilərlər. Daxili işlər orqanlarında xidmətə qəbul qaydaları və elan edilən müsabiqələr haqqında geniş məlumat Daxili İşlər Nazirliyinin /www.mia.gov.az/ internet səhifəsində yerləşdirilmişdir.
"Azərbaycan Respublikanın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 11-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə yaşı 20-dən aşağı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Xeyr, polisdə xidmət dövlət qulluğunun xüsusi növü olduğu üçün qanunvericilikdə yalnız DİN-in Polis Akademiyasının kursant və dinləyicilərinin polis orqanlarında təcrübə keçməsi nəzərdə tutulmuşdur.
DİN-in Polis Akademiyası xüsusi təyinatlı təhsil müəssisəsi olduğu üçün digər ali təhsil müəssisələrinin tələbələrinin akademiyaya köçürülməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi kimi DİN-in Polis Akademiyasında təhsil ala bilər: - Daxili işlər orqanlarında xidmət edən xüsusi və ya hərbi rütbəli əməkdaşlar; - Respublikanın digər hüquq mühafizə orqanlarının müraciəti ilə, qarşılıqlı müqavilə əsasında həmin orqanlarda xidmət edən xüsusi və ya hərbi rütbəli əməkdaşlar; - Tam orta təhsilli və ya buraxılış siniflərində təhsil alan 16 yaşdan 18 yaşadək, boyu 165 sm olan (qızlar üçün 160 sm), müvafiq ilin yanvar, aprel və iyul aylarında həqiqi hərbi xidmətə çağrışçı olmayan Azərbaycan Respublikasının vətəndaşları.
"Azərbaycan Respublikanın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 11-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə yaşı 20-dən aşağı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əsasən daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə ali hüquq təhsilli şəxslər müsabiqə yolu ilə qəbul edilirlər. Vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı müsabiqənin elan olunması barədə məlumat verilərkən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və müsabiqənin şərtlərinə uyğun gələn şəxslər müraciət edə bilərlər. Daxili işlər orqanlarında xidmətə qəbul qaydaları və elan edilən müsabiqələr haqqında geniş məlumat Daxili İşlər Nazirliyinin /www.mia.gov.az/ internet səhifəsində yerləşdirilmişdir.
"Azərbaycan Respublikanın daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 11-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə yaşı 20-dən aşağı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirir, onların Azərbaycan Respublikasının ərazisinə qayıtmasına yardım edirlər.
İnsan alverinin qurbanı əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə onlara müdafiə və yardım Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər səviyyədə təqdim olunur.
- Hüquq-mühafizə orqanları; Qaynar xətt; Səfirlik və Konsulluqlar; Qeyri-Hökumət Təşkilatları; Beynəlxalq təşkilatlar; Dini qurumlar; Tibb müəssisələri və s.
- İşsizlər; Miqranlar; Təhsildən yayınanlar; Avaralıqla və dilənçiliklə məşğul olanlar; Səfillər, kimsəsizlər və baxımsızlar; Əxlaqsız həyat tərzi sürənlər; Əqli cəhətdən anlaqsız vəziyyətdə olanlar; İçki, narkotika və psixotrop maddələrdən asılı olanlar və s.
İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.
: - Məcburi əmək; - Cinsi istismar; - Köləlik; - Köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti; - İnsan orqanlarının və toxumalarının qanunsuz transplantasiyası; - Şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması; - Qadının surroqat ana kimi istifadə edilməsi; - Qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə və s.
- İşədüzəltmə firmaları; Moda agentliyi; Nikah agentliyi; Turizm agentliyi; İnternet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar; Qəzet və televiziya vasitəsi ilə elanlar; Tanışlar, qonşular, qohumlar tərəfindən təkliflər. Хаrici аgеntliкlər tərəfindən təкliflərlə; Əvvəlcədən hаzırlаnmış аdаmlаr tərəfindən iş təkliflərilə.
İnsan alveri qurbanlarının müdafiəsi üçün olan xüsusi müəssisələr aşağıdakılardır: İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar; İnsan alveri qurbanlarına yardım mərkəzləri. Xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Xüsusi müəssisələrdə hər hansı pullu xidmətlərin göstərilməsinə yol verilmir. Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İnsan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumatların gizli saxlanması – konfidensiallığı bütün hallarda təmin edilir. İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları və ya onun barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
İnsan alverinin qurbanına çevrilmiş şəxslərin müdafiəsi insan və vətəndaş hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələlərin tələbləri rəhbər tutulmaqla təmin edilir. İnsan alveri qurbanlarının normal həyat tərzinə qaytarılması – reinteqrasiyası sosial reabilitasiya proqramları çərçivəsində həyata keçirilir. Sosial reabilitasiya insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsillərinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən cinayət təqibi orqanının müraciətinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərməlidirlər. İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir.
Çap et