Quldurluq etməkdə şübhəli bilinən Göygöl rayon sakini İ.Bayramov və Bakı şəhər sakini İ.Əliyev saxlanılıb
21.11.2022Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə noyabrın 19-da saat 23 radələrində C.Naxçıvanski küçəsində 2 nəfərin Ucar rayon sakini Ş.Abbasovu döyüb quldurluq yolu ilə mobil telefonunu, içərisində 235 manat, şəxsiyyət vəsiqəsi və bank kartları olan cüzdanını almaları barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş İ.Bayramov və Bakı şəhər sakini İ.Əliyev saxlanılıb.
Araşdırma aparılır.