Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal rayonunun A.Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi
21.11.2022
Noyabrın 19-da saat 7 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində yolu keçən əcnəbi vətəndaş H.Naimi müəyyən edilməyən avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobillə törədilməsi müəyyən olunub və sürücü, Bakı şəhər sakini E.Vəliyev avtomobillə birgə saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
20.11.2022
Noyabrın 20-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Cəlilabad rayonunun Sabirabad kəndində yaşayan Xalidə Əliyevanı qətlə yetirməkdə şübhəli bilinən qardaşı F.Əliyev tutularaq istintaqa təhvil verilib
Cəlilabad Rayon Polis Şöbəsinə Sabirabad kəndində yaşayan Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılan istintaq-əməliyyat tədbirləri ilə onun qəsdən öldürülməsi müəyyən olunub.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.İstintaqla onunla birgə yaşayan qardaşı F.Əliyevin münaqişə zəminində X.Əliyevanı boğaraq qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əliyev tutularaq istintaqa təhvil verilib.X.Əliyevanın meyiti basdırıldığı yerdən çıxarılaraq müayinəyə təqdim edilib.
Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 20-də saat 5 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini X.Əsədli sərxoş vəziyyətdə idarə etdiyi “BMW” markalı avtomobili maneəyə vurub. Nəticədə sərnişini olan avtomobilin sahibi, paytaxt sakini Nurlan Mənsimli hadisə yerində ölüb. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Qusar rayonunun Əvəcuq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Noyabrın 20-də saat 16 radələrində Qusar rayonunun Əvəcuq kəndi ərazisində rayon sakinləri T.Hüseynovun idarə etdiyi “Hyundai” və Kamil Ədilxanovun idarə etdiyi “VAZ-21070” markalı avtomobillər toqquşub. Nəticədə K.Ədilxanov xəstəxanaya aparılarkən yolda ölüb, T.Hüseynov xəstəxanaya yerləşdirilib.Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Mustafayev və E.Qəhrəmanov saxlanılıblar
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən ümumilikdə 4000 manat pul, 4000 manat dəyərində məişət əşyaları və 1000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Mustafayev və E.Qəhrəmanov saxlanılıblar.Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Masallı rayon sakini R.Mirişov müəyyən edilərək saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsinə noyabrın 2-də rayon ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 ABŞ dolları olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirişov müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onun Sumqayıt ŞPİ tərəfindən Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən olunub.
Şağan qəsəbə sakini A.Baxşəliyevin yaşadığı evə baxış zamanı oradan 300 qramdan artıq heroin, 11 qramdan artıq metamfetamin və elektron tərəzi götürülüb
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şağan qəsəbə sakini A.Baxşəliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qramdan artıq heroin aşkar edilib.Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 300 qramdan artıq heroin, 11 qramdan artıq metamfetamin və elektron tərəzi götürülüb.
Şirvan şəhər sakini M.Məmmədlinin yaşadığı evə baxış zamanı oradan 99 qramdan artıq heroin, 115 qrama yaxın metamfetamin, 750 qram marixuana və elektron tərəzi götürülüb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini M.Məmmədli saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 99 qramdan artıq heroin, 115 qrama yaxın metamfetamin, 750 qram marixuana və elektron tərəzi götürülüb.
Qax rayonunun Dəymədağlı kənd sakini E.Məmmədovun yaşadığı evə baxış zamanı oradan 1,1 kiloqram marixuana götürülüb
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Dəymədağlı kənd sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın marixuana aşkar edilib.Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 1,1 kiloqram marixuana götürülüb.