Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
18.11.2022
Noyabrın 18-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Müxtəlif vaxtlarda metro stansiyalarında 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Z.Qocayev saxlanılıb
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda metro stansiyalarında 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Z.Qocayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonu ərazisində yolu keçən G.Cavadini idarə etdiyi avtomobillə vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü İ.Seyidov saxlanılıb
Noyabrın 17-də saat 18 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yolu keçən Gülayə Cavadi müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb. DİN Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini İ.Seyidov saxlanılıb.Araşdırma aparılır.
Binəqədi qəsəbəsi ərazisindən “Zil” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə ərazisindən “Zil” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər saxlanılıb. Araşdırmalarla onların M.Ə.Rəsulzadə qəsəbəsindəki zoomağazaların birindən 1000 manat dəyərində 8 ədəd tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlamaları da müəyyən olunub.
Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir qıza qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 16-da rayon ərazisində Bakı şəhər sakini olan bir qızın mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Yunusov və M.Novruzlu müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Bakı şəhər sakinləri Ü.Rəsulov və B.Əhmədov Qazax rayonu ərazisində şübhəli şəxs qismində saxlanılıblar
Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri Ü.Rəsulov və əvvəllər məhkum olunmuş B.Əhmədov rayon ərazisində şübhəli şəxs qismində saxlanılıblar. Şəxsi axtarış zamanı Ü.Rəsulovdan 1 kiloqramdan artıq heroin, 985 qram marixuana və 4 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
İmişli rayonunun Qaraqaşlı kənd sakini X.Abdullayevdən ov tüfəngi götürülüb
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraqaşlı kənd sakini X.Abdullayevdən “MR-27” markalı ov tüfəngi götürülüb.
Qusar rayonunun Urva kənd sakini S.Ələsgərovdan marixuana və beşbarmaq aşkar olunaraq götürülüb
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Urva kənd sakini, əvvəllər məhkum olunmuş S.Ələsgərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qrama yaxın, yaşadığı evə baxış zamanı isə oradan 438 qram marixuana və 1 ədəd beşbarmaq aşkar olunaraq götürülüb.
Zaqatala Regional Qaz İstismar İdarəsinə məxsus qaz xəttinin 12 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən X.Məmmədov saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaqatala Regional Qaz İstismar İdarəsinə məxsus qaz xəttinin 12 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən X.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində “VAZ-2106” markalı avtomobillə yolu velosipedlə keçən S.Əhmədov vurulub
Noyabrın 18-də saat 9 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində rayon sakini E.Ömərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu velosipedlə keçən Muğanlı kənd sakini Səlim Əhmədovu vurub. Nəticədə S.Əhmədov hadisə yerində ölüb. Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.