Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevə bıçaqla xəsarət yetirməkdə şübhəli bilnən şəxslərdən 4-ü saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub
20.10.2022
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə oktyabrın 18-də saat 23 radələrində Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov, K.Əliyev, Ş.Musayev, A.Gərayev saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.
Bakı şəhər sakini Q.Mövsümovdan 43 qramdan artıq heroin, 361 qramdan çox marixuana və 19 ədəd metadon aşkar olunaraq götürülüb
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Q.Mövsümovdan 43 qramdan artıq heroin, 361 qramdan çox marixuana və 19 ədəd metadon aşkar olunaraq götürülüb.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri K.Vahabov və E.Əsgərov müəyyən olunaraq saxlanılıblar
Xətai RPİ-nin 35-ci Polis Bölməsinə G.Şıxlinski küçəsində yerləşən bir qarajdan 6000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş K.Vahabov və E.Əsgərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
İçərisində 600 manatı olan cüzdanı oğurlamaqda şübhəli bilinən Sabirabad rayonunun Yolçubəyli kənd sakini A.Hüseynov saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini Ş.Əhmədovun içərisində 600 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Yolçubəyli kənd sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb. Araşdırma aparılır.
Tərtər şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 20-də saat 12 radələrində Tərtər şəhəri ərazisində Səhləbad kənd sakinləri P.Sabirzadənin idarə etdiyi “KİA” və T.Cabbarovun idarə etdiyi “Toyota Pirus” markalı avtomobillər toqquşub, sonradan “Toyota Pirus” markalı avtomobil yolun kənarında dayanmış rayon sakini R.Səmədova məxsus “Mercedes” markalı mikroavtobusa dəyib. Nəticədə T.Cabbarovun sərnişini Xəyal Rüstəmzadə hadisə yerində ölüb, avtomobillərdə olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 20-də saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini R.Şəfiyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Sevda Məmmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
19.10.2022
Oktyabrın 19-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluq etməkdə şübhəli bilinən Bərdə rayon sakini A.Məmmədova və Bakı şəhər sakini S.Süleymanova müəyyən olunaraq saxlanılıblar
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 3000 manat pul və 1415 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini A.Məmmədova və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Süleymanova müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Ağsu rayon sakini A.Nəsirov müəyyən olunaraq saxlanılıb
Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsindəki evlərin birindən 2000 manat dəyərində lazer aparatı, məişət əşyaları və elektrik naqili, həyətdəki “Hyundai” markalı avtomobildən isə 1000 manat və 1300 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini A.Nəsirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Babayev, A.Kuliyev və Göyçay rayon sakini H.Salmanov müəyyən olunaraq saxlanılıblar
Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə M.Müşfiq küçəsində yerləşən su şirkətinin ofisindən 8450 manat dəyərində 5 ədəd su süzgəcinin oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Babayev, A.Kuliyev və Göyçay rayon sakini H.Salmanov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.