Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Mingəçevir şəhər sakinləri Sevda Abdullayeva və Pərvanə Əliyeva müraciətlərinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Qax rayon sakini Vəli Vəliyev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Rüxsarə Kamilova müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Nurlan Qasımov müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayon sakini Elvin Nəsirov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə, ictimai asayişin etibarlı qorunmasına, yüksək peşəkarlığa və xüsusilə yeni dərs ilinin başlaması ilə əlaqədar məktəblilərin rahat və təhlükəsiz hərəkəti üçün görülən tədbirlərə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rəcəb Əliyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinə həssas yanaşılmasına, lazımi köməyin göstərilməsinə və humanistliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Anar Cəfərov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol nəqliyyat hadisəsi zamanı ona göstərilən köməyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Tərlan Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə əlaqədar müraciətinə Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ reaksiya verilməsinə və obyektiv araşdırma aparılmasına görə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Raşay Dədəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O müraciətinin müsbət həllini tapmasına, göstərilən diqqətə və köməyə görə minnətdarlığını bildirir.