Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.08.2026 - Sosial şəbəkə istifadəçisi İlahə Namazova
Sosial şəbəkə istifadəçisi İlahə Namazova baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.
27.08.2026 - Vətəndaş Seycamal Niftəliyev
Vətəndaş Seycamal Niftəliyev müraciətinə operativ baxılaraq tez bir zamanda probleminin həllini tapmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və BİTİ-nin kollektivinə minnətdarlığını bildirir.
27.08.2026 - Sosial şəbəkə istifadəçisi Əli Nadirov
Sosial şəbəkə istifadəçisi Əli Nadirov müraciətinə operativ reaksiya verilərək müvafiq tədbirlər görülməklə müraciətinin müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkür edir.
27.08.2026 - Sumqayıt şəhər sakini Pərviz Məmişov
Sumqayıt şəhər sakini Pərviz Məmişov müraciətinə həssas yanaşılmasına, yol hərəkəti təhlükəsiziyinin təmin olunması, eləcə də vətəndaş məmnunluğu üçün həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
27.08.2026 - Sosial şəbəkə istifadəçisi Taleh Əyyubov
Sosial şəbəkə istifadəçisi Taleh Əyyubov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.
27.08.2026 - Fəlsəfə elm sahəsi üzrə fəlsəfə doktoru, sabiq polis əməkdaşı Faiq Qarayev
Fəlsəfə elm sahəsi üzrə fəlsəfə doktoru, sabiq polis əməkdaşı Faiq Qarayevin Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır, təqaüddə olan polis əməkdaşlarına göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
27.08.2026 - Vətəndaş Azər Ağayev
Vətəndaş Azər Ağayev DİN-ə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən probleminin həll olunması ilə bağlı dərhal göstəriş verildiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və göstərilən kömkliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
27.08.2026 - Bakı şəhər sakini Günel Qasımova
Bakı şəhər sakini Günel Qasımova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciəti əsasında aparılan araşdırmadan razı qaldığını bildirir, göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü qeyd edir.
27.08.2026 - Zərdab rayon sakini Rəvan Həsənov
Zərdab rayon sakini Rəvan Həsənov Daxili İşlər Nazirliyinə teleqram ünvanlayıb. R.Həsənov üzləşdiyi dələduzluq faktı ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən kömkliyə görə DİN-in rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.