Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.09.2026 - Vətəndaş Nəsib Quliyev
Vətəndaş Nəsib Quliyev DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına, o cümlədən polis əməkdaşları tərəfindən şəhid və qazi ailələrinə diqqət və qayğı göstərildiyini qeyd edir. Probleminin həllində ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
23.09.2026 - Vətəndaş Nərmin Mehdizadə
Vətəndaş Nərmin Mehdizadə DİN-in “Instagram” səhifəsinə mesajında mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa müddətdə məsələnin araşdırıldığını yazır. O, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.09.2026 - Bakı şəhər sakini Zibeydə Sadıqova
Bakı şəhər sakini Zibeydə Sadıqova DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.09.2026 - Vətəndaş Ləman Əliyeva
Vətəndaş Ləman Əliyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə təşəkkürünü bildirir.
23.09.2026 - Vətəndaş Vüqar Əsədli
Vətəndaş Vüqar Əsədli DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və məsələnin qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
23.09.2026 - Vətəndaş Ülvi Miralızadə
Vətəndaş Ülvi Miralızadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinin şəxsi heyətinə təşəkkürünü bildirir, onlara xidmətlərində uğurlar arzulayır.
23.09.2026 - Vətəndaş Elməddin Nəsibli
Vətəndaş Elməddin Nəsibli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ reaksiya verildiyini və görülmüş tədbirlərlə məsələnin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinin şəxsi heyətinə təşəkkürünü bildirir, onlara xidmətlərində uğurlar arzulayır.¬
22.09.2026 - Şirvan şəhər sakini Rəbiyə Əliyeva
Şirvan şəhər sakini Rəbiyə Əliyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
22.09.2026 - Quba rayon sakinləri Fərahim Əliyev və Sərvan Əkbərov
Quba rayon sakinləri Fərahim Əliyev və Sərvan Əkbərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruduqlarına və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.