Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şahbuz rayon sakini Abbas Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin qısa müddət ərzində müsbət həll edilməsinə görə DİN-in rəhbərliyinə və Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aytən İsayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Xırdalan şəhərində yaşayıram. Binanın ətrafında antisanitar vəziyyət yaranmışdı. Bununla bağlı bina sakinləri və öz adımdan Abşeron Rayon Polis İdarəsinə müraciət etdim. Dərhal polis əməkdaşları tərəfindən tədbir görüldü, ətraf təmizləndi. Bunun üçün DİN-in və Abşeron Rayon Polis İdarəsinin rəhbərliyinə, əməyi keçən polis əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk. Yaşasın, Azərbaycan Polisi!”.

Vətəndaş Elvin Mirzəyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “İşlədiyim restorandan oğurluq edilməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Həmin şəxs müəyyən olunaraq 16-cı Polis Şöbəsinə gətirildi və barəsində qanuni tədbir görüldü. Buna görə də DİN-in rəhbərliyinə, Nərimanov Rayon Polis İdarəsinin şəxsi heyətinə və 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm”.

İsmayıllı rayon sakini Bəhruz Sadıqov müraciətinin müsbət həll olunmasına görə, BİTİ-nin və İsmayıllı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakini Məhəmməd Qədirli xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, polis əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Aydan İbadzadə müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Nicat Aslanlı müraciətinin obyektiv araşdırılmasına görə, Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Elgün Həsənzadə müraciətinin müsbət həll olunmasına görə, Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Turan Zəngəzurlu müraciətinin müsbət həll olunmasına görə, Bakı şəhər BPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.