Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Tovuz rayon sakini Nəsib Nəsibov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruduqlarına və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Tovuz Rayon Polis şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Gədəbəy rayon sakini Niyaməddin İbrahimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruduqlarına və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Gədəbəy Rayon Polis şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Həsən Ələkbərzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırılmasına və müsbət həll olunmasına görə Xətai RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Sahib Hədisov müraciətinə baxıldığı və hüquqlarının ətraflı izah edildiyi üçün Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını çatdırır.

Vətəndaş Tamerlan Ağalarov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həllinin təmin edilməsinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Aygün Əliyeva Azərbaycanda ictimai asayişin, vətəndaşların təhlükəsizliyinin və qanunun aliliyinin təmin olunması istiqamətində qətiyyətli fəaliyyətə görə DİN rəhbərliyinə, həmçinin Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Rəsmiyyə Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda etdiyi müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həllinin təmin edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Əli Qasımov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Sərxan Cəfərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.