Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.09.2026 - Bakı şəhər sakini Yusif Qafarov
Bakı şəhər sakini Yusif Qafarov Quba rayonunda olarkən itirdiyi mobil telefonunun qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
19.09.2026 - Vətəndaşlar Toğrul Kərimov, Xeyrulla Əhmədov, Röyal Mirzəyev, Həzrət...
Vətəndaşlar Toğrul Kərimov, Xeyrulla Əhmədov, Röyal Mirzəyev, Həzrət Məmmədov, Fərhad Mahmudov, Vüsal Bürcəliyev, Rüstəm Davudov və Mətləb Abdullayev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.
18.09.2026 - Sosial şəbəkə istifadəçisi Aynurə Orucova
Sosial şəbəkə istifadəçisi Aynurə Orucova müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
18.09.2026 - Sosial şəbəkə istifadəçisi Aygün Babayeva
Sosial şəbəkə istifadəçisi Aygün Babayeva pulunun ələ keçirilməsi ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 16-ci Polis Şöbəsinin kollektivinə minnətdarlığını bildirir.
18.09.2026 - Sosial şəbəkə istifadəçisi Telman Yusifov
Sosial şəbəkə istifadəçisi Telman Yusifov yolu keçərkən avtomobil tərəfindən vurularaq xəsarət aldığı zaman hadisə yerinə gələn polis əməkdaşlarının göstərdiyi köməklik və diqqətə görə Nərimanov RPİ-nin rəhbərliyinə minnətdarlıq edir.
18.09.2026 - Sosial şəbəkə istifadəçisi Anaxanım Əliyeva
Sosial şəbəkə istifadəçisi Anaxanım Əliyeva qızına qarşı narahatlıq yaradan naməlum şəxsin qısa müddətdə müəyyən edilərək barəsində müvafiq qanuni tədbir görülməsinə görə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.09.2026 - Sosial şəbəkə istifadəçisi Muxtar Əkbərov
Sosial şəbəkə istifadəçisi Muxtar Əkbərov itirdiyi sənədləri və şəxsi əşyaları olan çantasının tapılaraq özünə təhvil verilməsində göstərilən diqqət və operativliyə görə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin kollektivinə minnətdarlığını bildirir.
18.09.2026 - Sosial şəbəkə istifadəçisi Elvin Səftərov
Sosial şəbəkə istifadəçisi Elvin Səftərov aparılan araşdırma zamanı ədalətli və qanun çərçivəsində qərar qəbul edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
18.09.2026 - Sosial şəbəkə istifadəçisi Ruhəngiz Həbibova
Sosial şəbəkə istifadəçisi Ruhəngiz Həbibova pulunun ələ keçirilməsi ilə bağlı müraciətinə ciddi yanaşılaraq həmin şəxsin müəyyən edilməsinə və pulunun geri qaytarılmasına köməklik göstərilməsinə görə Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.