Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Günel Qazıxanova müraciətinə dərhal və operativ reaksiya verilərək lazımi köməklik göstərildiyinə görə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin kollektivinə minnətdarlıq edir.

Vətəndaş Sənan Hacıyev baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Əcnəbi vətəndaş Nurselin Turgut üzləşdiyi problem ilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə, eləcə də Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Leyla Qasımova DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı göstərilən köməkliyə görə DİN rəhbərliyinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Natiq Fərmanlı avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır. 

Sosial şəbəkə istifadəçisi Fərid Məmməliyev baş vermiş yol-nəqliyyat hadisəsinin operativ şəkildə qeydiyyata alınmasına göstərdikləri köməyə görə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Sevinc Əsədova pul kisəsinin oğurlanması ilə bağlı müraciətinə operativ baxılaraq cinayəti törədən şəxsin qısa müddətdə müəyyən olunub məsuliyyətə cəlb edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Mehriban Abdullayeva yolda köməksiz vəziyyətdə qaldıqları zaman yardım göstərdiklərinə görə Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Günsel Bağırzadə onu narahat edən məsələ ilə bağlı aralarındakı narazılığın qarşılıqlı razılıq əsasında həll olunduğunu bildirərək müraciətinə diqqətlə baxıldığına görə Azərbaycan polisinə təşəkkür edir.