DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Etik davranış üzrə illik hesabat

Etik davranış məsələləri ilə bağlı 2021-ci il üzrə hesabat

Daxili işlər orqanlarının əməkdaşları ilə etik davranış məsələlərinə həsr olunmuş tədbirlər ötən il ölkədə tətbiq olunan karantin rejimi, ondan irəli gələn məhdudiyyət tədbirləri və əlavə vəzifələr nəzərə alınmaqla davam etdirilmişdir.
Qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində funksiyalar ardıcıllıqla həyata keçirilmiş, müvafiq məsələlər üzrə orqan və hissələrə istiqamətləndirici əmr və göstərişlər verilmişdir. Nazirlik sistemində keçirilən peşə hazırlığı məşğələlərində etik davranış qaydalarına dair mövzular tədris olunmuş, rəhbər vəzifəli şəxslər üçün virtual-seminar məşğələlər keçirilmiş, əməkdaşlar ölkədə və xarici dövlətlərdə təşkil olunan müvafiq tədbirlərdə iştirak etmişdir. Etik davranış qaydalarına riayət olunması sahəsində qarşıda duran vəzifələr bayır xidmətinin şəxsi heyəti ilə keçirilən onlayn  təlimlərdə də ətraflı diqqətə çatdırılmış, habelə təhsil-tədris proqramları əsasında Polis Akademiyasının kursantlarına korrupsiyaya qarşı mübarizə və etik davranış mövzusu xüsusi fənn kimi tədris olunmuşdur.

Daxili nəzarət tədbirləri çərçivəsində etik davranış qaydalarının pozulmasına görə 168 əməkdaşa intizam tənbehi verilmişdir. Onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, 21-i tutduğu vəzifədən azad edilmiş, 117-i barəsində digər məsuliyyət tədbirləri görülmüşdür.

Müvafiq sahədə tədbirlər davam etdirilir.

Geriyə qayıt Çap et