Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Təranə Hacıyeva piyada keçidində skuterin vurması nəticəsində xəsarət aldığı zaman hadisə yerinə gələn polis əməkdaşlarının göstərdiyi diqqətə, məsələnin araşdırılmasında və hüquqlarının təmin olunmasında həssaslıqla yanaşdıqlarına görə Nərimanov RPİ-nin TŞ-nin kollektivinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Tural Əliyev şahidi olduğu dələduzluq hadisəsi üzrə aparılan araşdırma zamanı dəymiş ziyanın ödənilməsi təmin edildiyinə görə başda DİN rəhbərliyi olmaqla Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Əmiralı Əliyev axtarışda olan borclu şəxsin saxlanılaraq aidiyyəti quruma təhvil verilməsində və probleminin həll olunmasında göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Əli Məmmədli baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığı məsələ ilə bağlı aparılan araşdırma nəticəsində dəymiş maddi ziyanın ödənilməsi təmin edildiyinə görə Nərimanov Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini İradə Tağıyeva dayısının vəfatı ilə bağlı çətin məqamda dəfn təşkilatçılığı işlərində ona böyük dəstək olduqlarına, həssaslıq, diqqət və insanpərvərlik göstərdiklərinə görə Suraxanı Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Neftçala rayon sakini Cəlal Əliyev etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Zərdab rayon sakini Nicat İsmayılov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla polis əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Aysu Yusifova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə etdiyi müraciəti ilə əlaqədar obyektiv araşdırma aparıldığını, müsbət həllinin təmin olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Gülşən Məmmədova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və müraciəti ilə əlaqədar müvafiq köməkliyin göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.