Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.09.2026 - Vətəndaş Lalə Aibova
Vətəndaş Lalə Aibova müraciətinin həssaslıqla araşdırılması və ona lazımi köməkliyin göstərilməsi ilə əlaqədar Nizami Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.
21.09.2026 - Sosial şəbəkə istifadəçisi Nicat Əsgərov
Sosial şəbəkə istifadəçisi Nicat Əsgərov motosikletlə hərəkətdə olarkən Ziya Bünyadov prospektində üzləşdiyi yol-nəqliyyat hadisəsində hadisə yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının göstərdiyi köməkliyə görə idarə rəhbərliyinə təşəkkürünü bildirir.
21.09.2026 - Sosial şəbəkə istifadəçisi Aysun Baxşəliyeva
Sosial şəbəkə istifadəçisi Aysun Baxşəliyeva baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırma zamanı ona göstərilən diqqətə və peşəkar münasibətə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
21.09.2026 - Sosial şəbəkə istifadəçisi Nuranə Abdullalı
Sosial şəbəkə istifadəçisi Nuranə Abdullalı müraciətinin qısa müddətdə müsbət həllini tapdığını bildirərək Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.
21.09.2026 - Əcnəbi vətəndaş Erkan Kutay
Əcnəbi vətəndaş Erkan Kutay Bakı hava limanında itirdiyi mobil telefonun qısa müddətdə tapılaraq özünə qaytarılmasında göstərilən köməyə görə hava limanında xidmət aparan polis əməkdaşlarına minnətdarlığını ifadə edir.
21.09.2026 - Sosial şəbəkə istifadəçisi Sübhi Talıbov
Sosial şəbəkə istifadəçisi Sübhi Talıbov müraciəti ilə əlaqədar məsələyə diqqətlə yanaşılmasından və göstərilən köməkdən razı qaldığını qeyd edərək Xətai Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətinə görə təşəkkürünü çatdırır.
21.09.2026 - Sosial şəbəkə istifadəçisi Vasif Alməmmədov
Sosial şəbəkə istifadəçisi Vasif Alməmmədov müraciətinin araşdırılaraq məsələnin müsbət həllinə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.
21.09.2026 - Sosial şəbəkə istifadəçisi Nurlan Camallı
Sosial şəbəkə istifadəçisi Nurlan Camallı “Bilik Günü” münasibətilə Saray qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbin qarşısında şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, yol hərəkətinin tənzimlənməsi və sıxlığın qarşısının alınması üçün görülən tədbirləri yüksək qiymətləndirərək, ərazidə xidmət aparan polis əməkdaşlarına təşəkkür edir.
21.09.2026 - Bir qrup Ağsu rayon sakini
Bir qrup Ağsu rayon sakini xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.