Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.09.2026 - Vətəndaş Günay Mustafayeva
Vətəndaş Günay Mustafayeva DİN-ə ünvanladığı təşəkkür məktubunda dəymiş maddi ziyanın ödətdirilməsi ilə əlaqədar DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
22.09.2026 - Sosial şəbəkə istifadəçisi Səmayə Hümbətova
Sosial şəbəkə istifadəçisi Səmayə Hümbətova üzləşdiyi problemlə bağlı müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlıq edir.
22.09.2026 - Vətəndaş Raya Bağırova
Vətəndaş Raya Bağırova müraciətinə baxıldığı və hüquqlarının ətraflı izah edildiyi üçün Gəncə ŞBPİ -nin əməkdaşlarına minnətdarlığını çatdırır.
22.09.2026 - Vətəndaş Səadət Bağırova
Vətəndaş Səadət Bağırova müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və eyni zamanda operativliyə görə Daşkəsən RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
21.09.2026 - Bakı şəhər sakini Nailə Baxşəliyeva
Bakı şəhər sakini Nailə Baxşəliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin qısa müddətdə həll olunmasında göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.09.2026 - Vətəndaş Xəzər Əliyev
Vətəndaş Xəzər Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Torpaq sahəsinin alınması ilə bağlı ödədiyim pulun bir hissəsinin qaytarılmaması barədə müraciət etmişdim. Müraciətimlə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət olundum, şikayətim araşdırıldı və polis əməkdaşları tərəfindən müraciətimə xüsusi diqqət göstərildi. Göstərilən diqqət, operativlik və köməyə görə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarına dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.
21.09.2026 - Bakı şəhər sakini, Vətən müharibəsi iştirakçısı Hacı Quliyev
Bakı şəhər sakini, Vətən müharibəsi iştirakçısı Hacı Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə göstərilən diqqət və dəstəyə, həmçinin müraciətinin müsbət həllinə görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirir.
21.09.2026 - Bakı şəhər sakini Azər Ağayev
Bakı şəhər sakini Azər Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə ünvanladığı müraciətinin qısa zaman ərzində həllini tapmasında göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Sumqayıt ŞPİ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.
21.09.2026 - Bakı şəhər sakini Elçin Əliyev
Bakı şəhər sakini Elçin Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda barəsində edilmiş əsassız şikayətin obyektiv, şəffaf və ədalətli şəkildə araşdırılmasına görə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.