Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Zəhra Abaylı DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında mesajında müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və köməyə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirlliyinin rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Günay Cəlilova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə bağlı göstərilən köməyə görə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Pənah Babayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, iştirakçısı olduğu yol nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Eldar Babayev Daxili İşlər Nazirliyinə yazdığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaşlar Azər Qadiyev, Mehdi Azayev, Elnarə İşikova, Seyidağa Əliyev, Şəhla Həsənova, Sahil Dadaşov, Kənan Əliyev və Xalid Əmirov etdikləri müraciətlər üzrə onlara müvafiq köməklik göstərildiyini bildirirlər. Onlar, vətəndaş müraciətinə həssas yanaşılmasına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Quba rayon sakini Gülnisə İskəndərova itkin düşən övladının qısa zaman ərzində tapılmasına görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Xaçmaz rayon sakini Səfər Əliyev itirdiyi portmanatının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaşlar Mail Zahirov, Emin Qasımov, Kənan Vəliyev, İbrahim Musayev, Asim Ağasiyev, Rəşad Çıraqlı, Azad Rəcəbov və Zaman Laçınov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Qusar rayon sakini Fətəli Ağasiyev  dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın tam ödətdirilməsinə görə Qusar  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.