Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Nuranə Abdullayeva hüquqlarının qorunmasında ona göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Vətəndaş Fərid İsmayılov köməksiz vəziyyətdə qalan 19 yaşlı ana və 2 yaşlı qızının sığınacağa yerləşdirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir, cətin və şərəfli xidmətdə uğurlar diləyir.

Vətəndaş Elman Qənbərov vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir. O, gərgin və peşəkar xidməti fəaliyyəti ilə ölkə vətəndaşının etimadını qazanan Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Nicat Mahmudov ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə Azərbaycan Polisinin qətiyyətli xidməti fəaliyyətini təqdir edir. O, şikayətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Yasamal RPİ 29-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Gülnar Şirinova dələduqluğa məruz qalması ilə bağlı şikayətinə tez bir zamanda baxılmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Vətəndaş Nərmin Əliyeva şikayətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vəzifə borcunu layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisi ilə qürur duyduğunu ifadə edir.

Vətəndaş Zülfiyyə Mustafayeva vətəndaş hüquqlarının qorunmasında  Azərbaycan Polisinin gərgin xidməti fəaliyyətini təqdir edir və müraciətinə operativ şəkildə baxılaraq həllini tapmasında göstərdikləri köməkliyə görə Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Asif Nəzərov oğurluq hadisəsi ilə bağlı müraciətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir və gərgin xidməti fəaliyyətlərində uğurlar diləyir.

Vətəndaş Mahir Əsgərzadə müraciətinə tez bir zamanda baxılaraq hüquqlarının ona izah olunmasında göstərdikləri köməyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.