Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Elçin Sadıqov təhqir və hədələrə məruz qalması ilə bağlı müraciətinə operativ baxılaraq həmin şəxsin tutularaq barəsində inzibati tədbir görülməsinə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Rəssul Qasumov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı RPİ kollektivinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Taleh İsmayılov ünvanladığı təşəkkür məktubunda aparılan araşdırmadan razılıq edir və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Şükür Sadıxov itirdiyi telefonunun dərhal tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Səbail RPİ-nin rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Aytac Allahverdiyeva etdiyi müraciətə operativ baxılaraq probleminin müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Pirallahı RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Azərbaycan Triatlon Federasiyasının vitse-prezidenti Rüfət Həsənov triatlon yarışı - klassik “yarı” İronWind 113 turnirinin keçirilməsində göstərdikləri köməkliyə görə DİN başda olmaqla Pirallahı Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Atvxəbər.az xəbər portalının baş redaktoru Aqil Qaraşov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidmətindən razılıq edir və Nəsimi RPİ DYPŞ əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Aytən Qaraxanova itirdiyi çamadanının dərhal tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi İlahə Həmidova etdiyi müraciətə operativ baxılaraq onu narahat edən məsələnin müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlıq edir.