Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Mingəçevir şəhər sakini, hazırda Bakı şəhəri Yasamal rayonunda yaşayan Narınc Abdurahmanova DİN rəhbərliyinə ünvanladığı məktubunda ona qarşı edilən dələduzluqla əlaqədar etdiyi şikayətə operativ baxılaraq, probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Nizami RPİ-nin 25-ci Polis Bölməsinin şəxsi heyətinə təşəkkür edir.

Cəlilabad rayon sakini Fətəli Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda övladının DİO-ya qəbul olunmasına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə izləyicisi DİN rəhbərliyinə ünvanladığı məktubunda etdiyi müraciətə operativ və çevik baxılmasına, probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə təşəkkür edir.

Bakı şəhər sakini Əsgər Müslimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşlarının xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı mübarizədə fəal iştirakına görə minnətdarlığını ifadə edir.

Sosial şəbəkə izləyicisi Murad Şiralıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ və çevik baxılmasına Suraxanı RPİ-nin rəhbərliyi tərəfindən qəbul olunmasına və probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Tərlan Əmirov DİN rəhbərliyinə ünvanladığı məktubunda Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşlarının xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı mübarizədə fəal iştirakına görə minnətdarlığını ifadə edir.

Sosial şəbəkə izləyicisi Şəhla Əsədova DİN rəhbərliyinə ünvanladığı məktubunda ona qarşı edilən dələduzluqla bağlı etdiyi müraciətə operativ və çevik baxılmasına və göstərilən köməkliyə görə minnətdarlığını bildirir.

Sosial şəbəkə izləyicisi Mirsaleh Ələkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ və çevik baxılmasına, müraciətinin tez bir zamanda həllini tapmasında göstərilən köməkliyə görə təşəkkür edir.

Sosial şəbəkə izləyicisi Aygül Bəşirova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Bakı Şəhər Baş Polis İdarəsində səmimi qəbula görə və etdiyi şikayətə operativ və çevik baxılmasına, probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə təşəkkür edir.