Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Abşeron rayon sakini Gunel Mirzayeva məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ reaksiya verilməsinə, aparılan obyektiv araşdırmalara və ona dəymiş ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi İnna Novikova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasına görə polis əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Emiliya Balakişiyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında müraciətinə operativ baxılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Quba rayon sakini Eldəniz Piriyev məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə həll olunmasına görə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Əsmayə Hümbətova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ reaksiya verilməsinə, aparılan obyektiv araşdırmalara və ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şamaxı şəhər sakini Rövşən Cəbiyev müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Qax rayon sakini Aqil Ağakişiyev müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qəbələ rayon sakini Lalənzar Hümbətova itkin düşən övladının tapılmasında göstərdikləri köməkliyə görə, Qəbələ RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətən müharibəsi qazisi Hacıxan Məhiyəddinzadə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.