Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.08.2024 - Quba rayon sakini Dilbər Qurbanova
Quba rayon sakini Dilbər Qurbanova üzləşdiyi problemlə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
13.08.2024 - Qusar rayon sakini Stella Səlimova
Qusar rayon sakini Stella Səlimova daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, həmçinin müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə, eləcə də Qusar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
13.08.2024 - Şabran rayon sakini Azər Əfəndiyev
Şabran rayon sakini Azər Əfəndiyev üzləşdiyi problemlə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Şabran RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.08.2024 - Bakı şəhər sakini Samir Qəhrəmanov
Bakı şəhər sakini Samir Qəhrəmanov vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətlərinin müsbət həll olunaraq özünün və qonşularının narahatlığına son qoyulmasına görə kollektiv adından DİN rəhbərliyinə təşəkkürünü bildirir.
12.08.2024 - Xaçmaz rayon sakini Fərqanə Əkbərova
Xaçmaz rayon sakini Fərqanə Əkbərova məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
12.08.2024 - Bakı şəhər sakini Fərhad Allahverdi
Bakı şəhər sakini Fərhad Allahverdi vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən operativliyə görə DİN rəhbərliyinə və “102” xidməti-zəng mərkəzinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.08.2024 - Vətəndaş Vüsalə Əzizova
Vətəndaş Vüsalə Əzizova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxıldığına, Pirallahı Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
12.08.2024 - Bakı şəhər sakini Nərgiz Məmmədova
Bakı şəhər sakini Nərgiz Məmmədova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
12.08.2024 - Vətəndaş Rüstəm Mikayılov
Vətəndaş Rüstəm Mikayılov üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.