DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Beyləqan rayon sakini Ruslan Əhmədov Vətən müharibəsində şəhid olmuş qardaşı Sabir Əhmədova məxsus plastik kartdan 1756 manat məbləğində pulun naməlum şəxslər tərəfindən çıxarılması barədə etdiyi müraciətə operativ baxıldığına və həmin şəxslərin müəyyən edilərək saxlanıldıqlarına görə DİN rəhbərliyinə və Beyləqan RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

DİN-in “Facebook” səhifəsinin izləyicisi Həmidağa Məcidov səhifə vasitəsilə etdiyi müraciətə operativ reaksiya verildiyinə və müsbət istiqamətdə həll edildiyinə görə yenidən yazaraq DİN rəhbərliyinə və Sabunçu RPİ 42-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.

“Facebook” istifadəçisi, Bakı şəhər sakini Bəxtiyar Hacıyevin şəxsi səhifəsində yazdığı statusu diqqətinizə çatdırırıq:

“Daxili İşlər Nazirliyi Milli Ordumuza dəstək aksiyasının fəaliyyətini normal davam etdirə bilmək üçün müvafiq icazələrin verilməsini təklif etdi, SMS icazə ilə alınmırdı işlər, sağ olsunlar, rahat fəaliyyət üçün lazım olan icazəni verəcəklər. Bundan əvvəl də postlardan keçməklə bağlı, digər məsələlərlə bağlı operativ dəstəklərini hiss etmişik…”

Bakı şəhər sakini Güman İbadullayev DİN rəhbərliyinə ünvanladığı məktubunda dələduzluq faktı ilə bağlı müraciətinə baxılaraq obyektiv araşdırma aparıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə BMCMİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

DİN-in İnstagram səhifəsinin izləyicisi olan Kənan Bəbişov səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ reaksiya verildiyinə və araşdırma aparılaraq keçirilən tədbirlərə görə təşəkkürünü bildirir.

DİN-in İnstagram səhifəsinin izləyicisi olan Pərviz Fərhadov Youtube kanallarının birindəki verilişdən Azərbaycan polisinin ünvanına xoş sözlər söylədiyi videonu göndərərək təşəkkürünü ifadə edib.

Göyçay rayon sakini, hazırda təqaüddə olan polis əməkdaşı Vahid Həşimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirir.

DİN-in İnstagram səhifəsinin izləyicisi olan Qəbələ rayon sakini Varis Almazlı paytaxtın Nərimanov rayonu ərazisindən nəqliyyat vasitəsinin oğurlanması barədə müraciətinə baxılaraq keçirilən operativ tədbirlərlə avtomobilinin tapılmasına görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elbrus Əkbərov ona dəyən ziyanın ödənilməsində göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanılmasının polis-vətəndaş münasibətlərinin günü-gündən yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.