Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Orxan Əsgərli öz təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə və ictimai asayişin etibarlı şəkildə qorunmasına görə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Əliqənbər Əliyev öz təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə, şəhid ailələri və qazilərə göstərilən diqqətə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Məmmədhüseyn Ağayev DİN-in rəsmi “facebook” səhifəsinə yazdığı məktubunda peşə fəaliyyətinin öhdəsindən peşəkarlıqla gəldiyinə, rayon ərazisində asayişin etibarlı şəkildə təmin olunmasına və cinayətkarlıqla mübarizə sahəsində atılan qətiyyətli addımlara görə Biləsuvar Rayon Polis Şöbəsinin rəisinə minnətdarlığını ifadə edir.

Vətəndaş Səidə Salayeva müraciətinə çevik reaksiya verilməsinə, məsələnin müsbət həllini tapmasına və vətəndaş məmnunluğunun təmin olunmasına görə Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməkdaşlarına öz təşəkkürünü bildirir.

Vətəndaş Əvəz Miriyev ictimai qaydanın və asayişin qorunması, cinayətkarlıqla mübarizə sahəsində xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinin fəaliyyətindən məmnunluğunu ifadə edir və minnətdarlığını bildirir.

Bakı şəhər sakini Şəbnəm Əliyeva məktubunda bank kartından oğurluq edilməsi ilə bağlı müraciəti üzrə obyektiv araşdırma aparıldığını və operativ tədbirlərin həyata keçirildiyini yazır. O, müraciətinə həssaslıqla yanaşılmasına və operativliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətində uğurlar arzulayır. 

Vətəndaş Məzahim İbadov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı qəsəbəsi ərazisində üzləşdiyi avtoqəza zamanı ərazidə xidmət aparan polis əməkdaşlarının ona ilkin tibbi yardım və lazımi köməklik göstərdiklərini qeyd edir. M.İbadov humanistliyə, göstərilən diqqət və qayğıya görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Cahangir Əliyev məktubunda paytaxtın Nizami rayonunda yaşadığı ərazidə ictimai qaydanın etibarlı qorunduğunu, polis əməkdaşları tərəfindən vətəndaşlara diqqət və qayğı göstərildiyini, müraciətlərinə daim həssaslıqla yanaşıldığını qeyd edir. 
O, DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətində uğurlar arzulayır. 

Vətəndaş Elman Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar Pirallahı Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. E.Hüseynov DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.