Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Rüstəm Həmidov etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş zərərin ödənilməsinin təmin edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini  Zaur İbrahimov  Quba rayonunun ucqar hissəsində meşəlik ərazidə avtomobilinin palçığa batıb köməksiz vəziyyətdə qaldığı zaman ona göstərilən köməkliyə  görə Quba RPŞ-nin Qonaqkən PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba  rayon sakini Kənan Məmmədov daxili işlər naziri tərəfindən  Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda  etdiyi müraciətinə həssaslıqla yanaşılmasına, eləcə də işlə təmin olunmasına köməklik göstərilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Quba  rayon sakini  Ramil Fətullayev  kart hesabından pulunun ələ keçirilməsi ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini  Şaiq Babayev etdiyi müraciətinə həssaslıqla yanaşılıb şikayətinin təmin edilməsinə və pulunun geri qaytarılmasına görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Cahangir Abdullayev Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Hicran Hacıyeva məktubunda müraciətinə operativ baxılmasına və qısa müddətdə həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Vətəndaş Məhəmməd Farazi Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Polad Hacılı Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda üzləşdiyi oğurluqla bağlı polisə müraciət etdiyini yazır. Ona dəymiş ziyanın tam ödənilməsində göstərdikləri köməkliyə görə isə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.