Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Azərbaycan Jurnalistlər və Yazıçılar birliyinin üzvü Əlmaniz Ələkbərov xidməti vəzifərini layiqincə yerinə yetirdiklərinə görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

İmişli rayon sakini Elvin Orucov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa görə İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarına öz təşəkkürünü bildirir.

Bakı şəhər sakini Babayev üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

4 əlil ailəsi adından DİN rəhbərliyinə və Zərdab RPŞ-nin əməkdaşlarına ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa görə öz təşəkkürünü bildirirlər.

Bakı şəhər sakini Elnur Mikayılov etdiyi müraciətə operativ şəkildə baxılmasına və adekvat reaksiya verilərək məsələnin həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabuçu Rayon Mühafizə İdarəsinin əməkdaşlarına təşəkkür bildirir və xidmətlərində uğurlar arzulayır.

Sumqayıt şəhər sakini Zenfira Sultanova daxili işlər orqanlarında xidmət edən ovladına göstərilən etimada görə DİN rəhbərliyinə minnətdarlıq ifadə edir.

Sosial şəbəkə izləyicimiz Memar Əcəmi ərazisində baş verən avtoxuliqanlıqla əlaqədar etdiyi müraciətə dərhal reaksiya verilməsinə və bu halların aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinə təşəkkür bildirir.

Quba şəhər sakini Rövşən Sultanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zahid Sarıyev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə və şəxsi heyətinə minnətdarlığını bildirir.