Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şirvan şəhər sakini Günel Əliyeva üzləşdiyi problem ilə bağlı etdiyi müraciətə həssaslıqla yanaşılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Səmra Rəhimli avtomobillindən edilən oğurluqla bağlı etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Binəqədə Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Səkinə Əliyeva məktubunda avtoxuliqanlıq edən şəxs barədə etdiyi müraciətə polis əməkdaşları tərəfindən operativ yanaşıldığını həmçinin avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasını eyni zamanda görülən tədbirlərin təqdirəlayiq olduğunu qeyd edir. Bütün bu sadalananlara görə o, DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Elşad Barat Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda qarşılaşdığı kibercinayətkarlıqla bağlı etdiyi müraciətə həssas yanaşıldığını qeyd edir həmçinin gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar atrzulayır.  

Vətəndaş Azər Qəribov məktubunda nəvəsinin aid şəxsiyyət vəsiqəsi ilə bağlı yaranmış problemlə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdiyini yazır. O, müraciətinə həssas yanaşılaraq qısa müddətdə müsbət həll edildiyinə, eyni zamanda göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Aqil Hüseynov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlğını bildirir. 

Vətəndaş Etibar Kərimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yüksək peşəkarlıq nümaiş etdirilərək müraciətini müsbət həll etdiklərini qeyd edir. Həmçinin o məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rəna İbrahimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, qeydiyyat məsələsi ilə bağlı səhifəyə yazdığı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran şəhər sakini Nadir Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığını, Nəsimi Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir. O, müraciətinə operativ reaksiya verilməsinə və aparılan obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.