Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Əfsanə Məlikova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında naməlum şəraitdə itirdiyi şəxsi əşyalarının tapılmasında göstərilən köməkliyə görə Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.  

Əcnəbi vətəndaş Mansoor Ali Khan müraciətində itən əşyasının tez bir zamanda tapılaraq təhvil verilməsinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir

Sosial şəbəkə istifadəçisi Günel Xəlilova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda içrəsində pul, sənədlər olan çatasının tapılmasında göstərdikləri köməkliyə görə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Samirə Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda içrəsində pul, sənədlər olan pul kisəsinin tapılmasında göstərdikləri köməkliyə görə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Əşfər Bağırzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ reaksiya verildiyinə və müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Sevdagül Quliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına və hüquqlarının ona izah edilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Larisa Sorokina Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Seymur Süvarov müraciətində üzləşdiyi dələduzluqla bağlı müraciətinə çevik reaksiya verilərək müsbət həll olunduğuna görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Vətəndaş Tural Qədirov müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq ona dəymiş maddi ziyanın tam ödənilməsində göstərilən köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.