Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Vüsalə Həsənova və sosial şəbəkə izləyicisi Gülnarə Əhmədova DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında etdikləri müraciətlərə operativ baxılmasına və dəymiş maddi ziyanın tam ödətdirilməsinə görə Nərimanov RPİ 16-cı PB-nin və 18-ci PB-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Sosial şəbəkə izləyicisi Xəyalə Mustafayeva müraciətinə  operativ şəkildə baxılaraq onu narahat edən məsələnin nəzarətə götürülərək müsbət həllini tapmasında göstərilən köməkliyə görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bir qrup vətəndaşın DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Saleh Nəsirov üzləşdiyi problemlə bağlı DİN-in “Instagram” səhifəsi vasitəsilə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü minnətdarlığını bildirir.

Vətəndaş Vəfa İbrahimzadə DİN-in sosial şəbəkələrdəki səhifələrinin yüksək peşəkarlıqla idarə olunduğunu qeyd edərək aparılan işlərə görə minnətdarlıq bildirir.

“Facebook” istifadəçisi Samir Xəttab səhifəsində post paylaşaraq sosial şəbəkələrdə qeyri-etik  hərəkətlərə yol verən şəxslər barəsində tədbir görüldüyü üçün minnətdarlıq bildirir.

Jurnalist Pərvin Abışova şəxsi “Facebook” səhifəsində post paylaşaraq daxili işlər nazirinin bu il Şəmkir rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Nərmin İmanlı müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Vətəndaş Azər Nəsirov “Facebook” səhifəsində paylaşdığı postda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.