Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Sənan Qənbərov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Oğuz rayon sakinləri İnqilab Xələfov, İldırım Əbdürəhimov və Nurlan Babayev göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Şəki rayon sakini Ərzuman Qədirov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Ağabala Səmədov müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Zeynəb Hüseynli müraciətinin obyektiv araşdırılmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Mətanət Əmirova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və məsuliyyətli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Rəhimə Əsgərova məktubunda vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə görə Yasamal RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Azərbaycan Respublikasının Əməkdar artisti Gülüstan Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN rəhbərliyi tərəfindən şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına, o cümlədən şəhid ailəsi olaraq onun ailəsinə də yüksək diqqət və qayğı göstərildiyini, müraciətlərinə həssaslıqla yanaşıldığını qeyd edərək özü və ailə üzvləri adından DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elvin İsmayılzadə məktubunda müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.