Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.08.2022 - Bir qup Mingəçevir şəhər sakini
Bir qup Mingəçevir şəhər sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
29.08.2022 - Balakən rayon sakini Rəna Rəfiyeva
Balakən rayon sakini Rəna Rəfiyeva müraciətinin müsbət həllinə görə Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
29.08.2022 - İsmayıllı rayon sakini Nailə Mikayılbəyli
İsmayıllı rayon sakini Nailə Mikayılbəyli azyaşlı qohumunun xəstəxanaya çatdırılmasında göstərdikləri köməkliyə görə, Dövlət Yol Polisinin əməkdaşlarına minnətdarlığını bildirir.
29.08.2022 - Vətəndaş Turanə Məmmədova
Vətəndaş Turanə Məmmədova itirdiyi mobil telefonunun tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.
29.08.2022 - Vətəndaş Əfqan Əsədov
Vətəndaş Əfqan Əsədov vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir və DİN rəhbərliyi başda olmaqla Azərbaycan Polisinə təşəkkürünü bildirir.
29.08.2022 - Vətəndaş Şəbnəm Həbibi
Vətəndaş Şəbnəm Həbibi DİN rəhbərliyinə ünvanladığı təşəkkürdə vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir, çətin və şərəfli xidmətdə Azərbaycan polisinə uğurlar diləyir.
29.08.2022 - Vətəndaş Altay Əlili
Vətəndaş Altay Əlili şikayətinə operativ şəkildə baxılaraq həllini tapmasında ona göstərdikləri köməkliyə görə Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
29.08.2022 - Vətəndaş İlkin Cabbarlı
Vətəndaş İlkin Cabbarlı DİN rəhbərliyinə ünvanladığı müraciətdə şikayətinə operativ və obyektiv şəkildə baxılaraq probleminin həllini tapmasında ona göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
29.08.2022 - Vətəndaş Anar Rahimov
Vətəndaş Anar Rahimov mobil telefonunu itirməyi ilə bağlı müraciətinə operativ şəkildə baxıldığına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin və fədakar xidməti fəaliyyətini yüksək dəyərləndirir.