Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Göyçay rayon sakini Qorxmaz Kərimov müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Siyəzən rayon sakini Vüsalə İsgəndərova müracətinin müsbət həllinə görə Siyəzən Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Yevlax rayon sakini Şamayıl Novruzova Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda Saatlı rayonunda keçirilən vətəndaş qəbulu zamanı üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və göstərilən köməkliklərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

İmişli rayon sakini Rza Əzizov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda DİN rəhbərliyi tərəfindən gənc kadrlara göstərilən yüksək etimada görə öz minnətdarlığını bildirir.

Şamaxı rayon sakini Azər Məlikov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda Şamaxı rayonunda keçirilən vətəndaş qəbulu zamanı üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Əliqənbər Əliyev öz məktubunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə DİN-in rəhbərliyi başda olmaqla Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını təbrik edir, asayişin etibarlı şəkildə təmin olunmasına görə minnətdarlığını bildirir.

Vətəndaş Vüqar Şahbazov Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə və rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına görə öz təşəkkürünü bildirir.

Vətəndaş Rəhman Yusifov öz təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Şəki şəhərində qeydiyyat-imtahan və texniki baxış şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Nizami Məlikov müraciəti ilə əlaqədar Lerik Rayon Polis Şöbəsində obyektiv və hərtərəfli şəkildə aparılan təhqiqat araşdırmasına görə öz təşəkkürünü bildirir.