Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elvin Abdullayev Binəqədi RPİ 5-ci Polis Bölməsinin rəisi tərəfindən səmimi qəbula və şikayətinə operativ şəkildə baxılmasına görə  təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Lənkəran şəhər sakini Sevda Abdullayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsində obyektiv şəkildə araşdırıldığını, ona dəyən maddi ziyanın tam şəkildə ödənildiyini bildirir və minnətdarlığını ifadə edir.

Biləsuvar rayon Bəydili kənd sakini Emin Paşazadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv şəkildə araşdırılmasına, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir

Biləsuvar rayon İsmətli kənd sakini Rüfət Cəbrayılzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşların qayğılarına və müraciətlərinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqətə görə Biləsuvar RPŞ-nin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin müəllim kollektivi DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda təhsil müəssisəsinin qarşısında şagirdlərin təhlükəsiz hərəkətinin təmini məqsədilə piyada zolaqlarının çəkilməsinə və svetofor quraşdırılmasına görə minnətdarlıqlarını ifadə edirlər.

Cəlilabad şəhər sakini Təvəkkül Nəsirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir

Sosial şəbəkə istifadəçisi Gülnarə Nəfəsova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Cəlilabad Rayon Polis Şöbəsində qısa müddətdə araşdırıldığını və məsələnin müsbət həllini tapdığını bildirir və minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Şahanə Bağırova  DİN-nə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ və tez bir zamanda baxılmasına görə Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlıq edir.   

Sosial şəbəkə izləyicisi Elşən Ağalarov DİN-nə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətin qısa müddət ərzində obyektiv araşdırılmasına və probleminin müsbət həllini tapmasına, DİN-də vətəndaş müraciətlərinə baxılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə görə minnətdarlıq edir.