Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.08.2022 - Vətəndaş Nazan Mirzəyeva
Vətəndaş Nazan Mirzəyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkürdə Azərbaycan Polisinin gərgin xidməti fəaliyyətini təqdir edir, çətin və şərəfli işlərində uğurlar diləyir.
08.08.2022 - Vətəndaş Ceyhun Əliyev
Vətəndaş Ceyhun Əliyev vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir, Nərimanov RPİ 16-cı Polis Bölməsinin rəisi tərəfindən səmimi qəbula və şikayətinə operativ şəkildə baxılmasına görə təşəkkürünü bildirir.
08.08.2022 - Vətəndaş Xədicəxanım Sailzadə
Vətəndaş Xədicəxanım Sailzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkürdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, Azərbaycan Polisi ilə qürur duyduğunu yazır.
08.08.2022 - Bakı şəhər sakini İslam Əşrəfov
Bakı şəhər sakini İslam Əşrəfov etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
08.08.2022 - Vətəndaş Fariz Əhmədov
Vətəndaş Fariz Əhmədov müraciətinə operativ və obyektiv şəkildə baxılaraq problemlərinin həllini tapmasında ona göstərdikləri köməkliyə görə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.
08.08.2022 - Vətəndaş Gülşən Alsioufi
Vətəndaş Gülşən Alsioufi DİN rəhbərliyinə ünvanladığı təşəkkürdə müraciətinə operativ və obyektiv şəkildə baxılmasına görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
08.08.2022 - Vətəndaş Füzuli Dövlətov
Vətəndaş Füzuli Dövlətov narkotiklərin qanunsuz dövriyyəsi və istifadəsinə qarşı Azərbaycan Polisinin apardığı qətiyyətli mübarizəni təqdir edir və bu istiqamətdə əldə edilən müsbət nəticələrə görə yaşadığı Bülbülə qəsəbəsinin bir qrup sakini adından Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
08.08.2022 - Tovuz rayon sakini Gülnaz Həsənova
Tovuz rayon sakini Gülnaz Həsənova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar atrzulayır.
08.08.2022 - Gəncə şəhər sakinləri Vüsal Nəbiyev, Elvin Abbasov və Mehman Abdıyev
Gəncə şəhər sakinləri Vüsal Nəbiyev, Elvin Abbasov və Mehman Abdıyev məktublarında DİN-ə ünvanladıqları müraciətlərinə operativ baxıldığını, obyektiv araşdırma aparılmasını qeyd edirlər. Onlar, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və obyektivliyə görə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirirlər.