Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Şirvan Cəlilov DİN-in “Instagram” səhifəsinə mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini yazır. O, məsələ ilə əlaqədar aparılan araşdırmadan razı qaldığını bildirərək göstərilən diqqətə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Hikmət Abbasov DİN-in “Instagram” səhifəsinə mesajında özünə məxsus sənədinin oğurlanması ilə bağlı polisə müraciət etdiyini yazır. O, müraciətinə dərhal çevik reaksiya verilərək oğurlanmış əşyanın qısa müddətdə tapılıb geri qaytarılmasına görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Qədir Babayev DİN-in “Instagram” səhifəsinə mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini yazır. O, məsələ ilə əlaqədar aparılan araşdırmadan razı qaldığını bildirərək göstərilən diqqətə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Habil Müslümov DİN-ə ünvanladığı məktubunda Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şəhid və qazi ailələrinə, o cümlədən ona yüksək diqqət və qayğı göstərildiyini qeyd edir. O, humanist və qayğıkeşliklərinə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Vətəndaş Elzanə Kərimova, Tamerlan Kərimli və Hikmət Abdullayev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.

Vətəndaş Zaur Rüstəmzadə etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Vəkili İsmayıl üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə başda DİN rəhbərliyi olmaqla, BBPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Ucar rayon sakini Mübariz İbrahimov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Ucar RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Əcnəbi vətəndaş Hamayyon Minhas DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında ona dəymiş ziyanla bağlı polisə müraciət etdiyini bildirir. O qeyd edir ki, aparılmış araşdırma və görülmüş tədbirlər nəticəsində ona vurulmuş ziyan ödənilib və məsələ öz həllini tapıb. H.Minhas müraciətinə operativ baxıldığına və göstərilən köməyə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.