Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.09.2026 - Vətəndaş Güllü Mustafayeva
Vətəndaş Güllü Mustafayeva təşəkkür məktubunda müraciəti ilə əlaqədar DİN-in Təhqiqat İdarəsində qəbul edildiyini, hüquqlarının ona hərtərəfli izah olunduğunu vurğulayır və buna görə rəhbərliyə təşəkkürünü bildirir.
24.09.2026 - Vətəndaş Nailə Yusifova
Vətəndaş Nailə Yusifova keçmiş həyat yoldaşı tərəfindən narahat edilməsi ilə bağlı müraciətinə operativ baxılmasına və ona köməklik göstərilməsinə görə Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
24.09.2026 - Vətəndaş Arif Süleymanov
Vətəndaş Arif Süleymanov Qarabağ veteranlarına göstərilən diqqət və qayğıya görə başda Daxili İşlər Nazirliyinin rəhbərliyi olmaqla, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
24.09.2026 - Sosial şəbəkə istifadəçisi İman Quliyev
Sosial şəbəkə istifadəçisi İman Quliyev DİN-in “102” Xidməti-Zəng Mərkəzinə etdiyi müraciətinin həlli istiqamətində lazımi hüquqi tədbirlərin görüldüyünü bildirir. O, buna görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
24.09.2026 - Sosial şəbəkə istifadəçisi Amin Mirzəyev
Sosial şəbəkə istifadəçisi Amin Mirzəyev DİN-in “Instagram” hesabına yazdığı mesajında Nərimanov rayonu ərazisində onun iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyini qeyd edir. O, dərhal hadisə yerinə gələn və obyektiv araşdırma aparan Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
24.09.2026 - Vətəndaş Fərid Əkbərov
Vətəndaş Fərid Əkbərov Sumqayıt şəhərində keçirilən vətəndaş qəbulu zamanı müraciətinə baxılmasına və qaldırdığı məsələyə dərhal reaksiya verilməsinə görə başda DİN rəhbərliyi olmaqla, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
24.09.2026 - Vətəndaş Azad Əbilov
Vətəndaş Azad Əbilov məktubunda müraciəti ilə əlaqədar Quba Rayon Polis Şöbəsində aparılan araşdırmanın nəticəsindən razılığını ifadə edərək DİN rəhbərliyinə və polis şöbəsinin əməkdaşlarına minnətdarlığını çatdırır.
23.09.2026 - Vətəndaş Aysel Xəlilova
Vətəndaş Aysel Xəlilova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
23.09.2026 - Vətəndaş Vüqar Kazımov
Vətəndaş Vüqar Kazımov DİN-ə yazdığı məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Sumqayıt şəhərində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.