Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.09.2026 - Vətəndaş Mirhəmid Seyidbəyli
Vətəndaş Mirhəmid Seyidbəyli müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
02.09.2026 - Vətəndaş Zeynəb Zeynallı
Vətəndaş Zeynəb Zeynallı pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.09.2026 - Vətəndaş Elçin Cavadov
Vətəndaş Elçin Cavadov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, avtomobili ilə yol verdiyi qayda pozuntusuna görə Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
02.09.2026 - Bakı şəhər sakini Lalə Səfərli
Bakı şəhər sakini Lalə Səfərli vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
02.09.2026 - Vətəndaş İlqar Məmmədov
Vətəndaş İlqar Məmmədov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
02.09.2026 - Bakı şəhər sakini Əsmər Seyidzadə
Bakı şəhər sakini Əsmər Seyidzadə avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
02.09.2026 - Bakı şəhər sakini Sahilə Abbasova
Bakı şəhər sakini Sahilə Abbasova öz məktubunda belə operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
02.09.2026 - Vətəndaş Elbrus İbrahimov
Vətəndaş Elbrus İbrahimov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.09.2026 - Vətəndaş Günel Hüseynova
Vətəndaş Günel Hüseynova polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə ona qarşı oğurluq əməlini törədən şəxslərin saxlanıldığını, oğurlanmış pul vəsaitinin özünə qaytarıldığını qeyd edir. Göstərilən köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.