Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.06.2026 - Vətəndaş Tural Ağalı
Vətəndaş Tural Ağalı DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında əmlakının oğurlanması ilə bağlı müraciətinin müsbət həll olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.
30.06.2026 - Sosial şəbəkə istifadəçisi Ayşə Musayeva
Sosial şəbəkə istifadəçisi Ayşə Musayeva baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hüquq və vəzifələrinin izah olunmasında ona göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.
30.06.2026 - Sosial şəbəkə istifadəçisi Ülviyyə Hüseynova
Sosial şəbəkə istifadəçisi Ülviyyə Hüseynova müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.06.2026 - Sosial şəbəkə istifadəçisi Təranə Əliyeva
Sosial şəbəkə istifadəçisi Təranə Əliyeva ünvanladığı mesajında itirdiyi əşyası ilə bağlı polisə müraciət etdiyini və qısa zamanda itən əşyasının tapılmasında göstərdikləri köməkliyə görə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin kollektivinə minnətdarlığını bildirir.
30.06.2026 - Sosial şəbəkə istifadəçisi Yetər Tanrıverdiyeva
Sosial şəbəkə istifadəçisi Yetər Tanrıverdiyeva şəxsi problemləri ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəhbərliyinə təşəkkür edir.
30.06.2026 - Sosial şəbəkə istifadəçisi Nicat Yaqubov
Sosial şəbəkə istifadəçisi Nicat Yaqubov müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həllinin təmin edilməsinə görə Naxçıvan ŞPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
30.06.2026 - Quba rayon sakini Minəxanım Ağayeva
Quba rayon sakini Minəxanım Ağayeva oğlunun velosipedinin oğurlanması ilə bağlı müraciətinə çevik reaksiya verilərək oğurlanan velosipedin tapılaraq geri qaytarılmasına görə Azərbaycan polisinə təşəkkür edir.
30.06.2026 - Bakı şəhər sakini Qərənfil Tahirova
Bakı şəhər sakini Qərənfil Tahirova DİN-ə ünvanladığı məktubunda aliment öhdəliyinin yerinə yetirilmədiyinə görə axtarışda olan keçmiş həyat yoldaşının saxlanılıb aidiyyəti üzrə quruma təhvil verilməsi ilə əlaqədar Masallı RPŞ-nin kollektivinə minnətdarlığını bildirir.
30.06.2026 - Sosial şəbəkə istifadəçisi Reyhana Cavadova
Sosial şəbəkə istifadəçisi Reyhana Cavadova müraciətinə operativ baxılaraq tez bir zamanda probleminin həllini tapmasında göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.